Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb

 

Noyabrın 21-də Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi-2019” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə festivala təqdim olunmuş film fotolardan ibarət videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, 2009-cu ildən reallaşdırılan "Azərbaycan ailəsi” film festivalının məqsədi kinematoqrafiya fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği qorunması, bu sahədəki problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanmasıdır. Artıq beşinci ildir ki, festival çərçivəsində "Həyatdan şəkiləadlı fotomüsabiqə keçirilir.

Festivala təqdim olunan işlər Azərbaycanın görkəmli elm mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib qaliblər müəyyənləşdirilib. Festivalda "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı tələbə filmi”, "Ən yaxşı sosial çarx”, "Sosial şəbəkədə ən çox bəyənilən film”, "Ən yaxşı fotoşəkilnominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, festivalın məqsədinə ideyasına uyğun olan filmlər xüsusi mükafatlara layiq görülüb.

Tədbirdə çıxış edən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dünyamızda ailə anlayışı sosial institut kimi böyük əhəmiyyət kəsb edir. Ailəni vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi dəyərləndirən komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirirdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə ailə, qadın uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın məcburi köçkün ailələrinə xüsusi qayğı göstərir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərid Babayev festivalın ailə dəyərlərinin qorunmasına təbliğinə xidmət etdiyini bildirib. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı geniş tədbirlərin görüldüyünü deyən F.Babayev əlavə edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Azərbaycanın dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın beynəlxalq nüfuzu ildən-ilə artır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova qalibləri, yaradıcı gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Bu festivalın geniş auditoriyaya malik olmasının əsas səbəblərindən biri onun təşkilatçıları sırasında Heydər Əliyev Fondunun olmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.

Sonda müxtəlif nominasiyalar üzrə "Azərbaycan ailəsi-2019” film festivalının "Həyatdan şəkiləfotomüsabiqəsinin qaliblərinə diplom qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, vətənpərvərlik mövzusunda 7 film, "Həyatdan şəkiləadlı foto-müsabiqəyə isə 21 iştirakçı tərəfindən 78 fotoşəkil təqdim edilib.

 

Azərbaycan.- 2019.-22 noyabr.- S.10.