“Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə
695; 2007, ¹ 5, maddə 437, ¹ 10, maddələr 932, 938; 2008, ¹ 7, maddə
602; 2009, ¹ 1, maddə 6; 2014, ¹ 11, maddə 1374; 2015, ¹ 11, maddə
1273; 2016, ¹ 6, maddə 992; 2017, ¹ 1, maddə 8, ¹ 11, maddə
1982; 2018, ¹ 5, maddə 884) aşağıdakı
məzmunda 7.1.2-1-ci maddə
əlavə edilsin:
"7.1.2-1. Azərbaycan
Respublikasının ərazisində
idxalına, ixracına,
tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması,
saxlanılması, satılması,
əldə edilməsi,
paylaşdırılması, buraxılması, daşınması,
göndərilməsi və
onlardan istifadə edilməsi qaydalarını
müəyyən edir;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 23 noyabr.-
S. 2.