Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının
yubiley sessiyasında iştirak edib
Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı
ilə parlament nümayəndə heyəti
Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının 50-ci yubiley
sessiyasında iştirak
edib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun
AZƏRTAC-a verdiyi məlumata
görə, tədbiri
açan qurumun Sədri, Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının
Sədri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley münasibətilə təbrik
edərək sessiyanın
işinə uğurlar
arzulayıb. Sonra MDB PA-nın yaranma
tarixi və inkişaf yolu barədə sənədli
film nümayiş etdirilib.
Sessiyada normativ hüquqi aktlar, parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi,
ekoloji zərərin hesablanması, sosial turizm, reklam haqqında model qanunlar, ekoloji təhlükəsizlik
üzrə milli mərkəzlərin yaradılması,
MDB PA-nın növbəti
il üçün
fəaliyyət istiqamətləri
barədə məsələlərə
baxılıb. Tədbirdə çıxış edənlər
müzakirə olunan sənədlər barədə
öz qeyd və təkliflərini bildiriblər.
Azərbaycan parlamenti nümayəndə
heyətinin Sankt-Peterburqa
səfəri bu gün başa çatır.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.3.