Azərbaycanın İqtisadiyyat
naziri Mikayıl Cabbarov Moskvada bir sıra işgüzar
görüşlər keçirib
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 22-də Moskvada
Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə 2019-cu ilin
yanvar-sentyabr aylarının
nəticələrinə görə,
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin
25 faizdən çox artaraq 2,2 milyard ABŞ dollarına çatdığı
bildirilib. Avtomobil və maşınqayırma
sahələrinin ikitərəfli
əməkdaşlığın mühüm istiqamətlərindən
olduğunu qeyd edən tərəflər
aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq
sənayesi və digər sahələrdə
əməkdaşlıq məsələlərini
də müzakirə ediblər.
Nazir Mikayıl Cabbarov Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri
İqor Artemyev ilə də görüşüb. Rusiyada antiinhisar xidmətinin
fəaliyyət istiqamətləri
və görülən
işlər haqqında
Azərbaycanın iqtisadiyyat
nazirinə ətraflı
məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin
müvafiq qurumları
ilə əməkdaşlığın
inkişafında maraqlı
olduqlarını diqqətə
çatdırıb.
Hər iki görüşdə ölkələrimiz arasında
iqtisadi əlaqələrin
genişləndirilməsi, habelə
qarşılıqlı təcrübə
mübadiləsi ilə
bağlı fikir mübadiləsi aparılıb. Mikayıl Cabbarov
Azərbaycanda həyata
keçirilən iqtisadi
islahatlar, biznes-investisiya
mühiti, antiinhisar siyasəti sahəsində
görülən işlər
və sair barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının
böyük potensialı
olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı strateji
əməkdaşlığın intensivləşdirilməsi, iqtisadi
əlaqələrin daha
da dərinləşdirilməsi
üçün hər
iki dövlətin məsul qurumlarının
səyləri artıracaqlarına
əminlik ifadə edilib.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.3.