Azərbaycanın Dövlət
Sərhəd Xidməti
ilə Bolqarıstanın
Daxili İşlər
Nazirliyi arasında saziş imzalanıb
Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidmətinin
(DSX) rəisi, general-polkovnik
Elçin Quliyev ölkəmizdə səfərdə
olan Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
DSX-nin mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki,
Dövlət Sərhəd
Xidmətinin Aparatında
təntənəli mərasimlə
qarşılanan Bolqarıstanın
Daxili İşlər
naziri rəsmi protokola uyğun olaraq Fəxri qonaq kitabında ürək sözlərini
yazıb.
Geniş tərkibdə
keçirilmiş görüşdə
Dövlət Sərhəd
Xidmətinin rəisi tərəfindən Azərbaycan
Respublikasının dövlət
sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd
təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın
təcavüzü nəticəsində
ölkə ərazisinin
20 faizinin və dövlət sərhədlərinin
bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni
məqsədlərlə istifadə
hallarının davam etdirilməsi qeyd olunub, transsərhəd cinayətkarlıqla mübarizədə
həyata keçirilmiş
tədbirlər, sərhəd
mühafizə sisteminin
gücləndirilməsi, maddi-texniki
bazanın təkmilləşdirilməsi
üzrə görülmüş
işlər və əldə olunmuş nailiyyətlər barədə
məlumat verilib.
Nümayəndə heyətləri
regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə
olan çağırışlar
ətrafında fikir mübadiləsi aparıb,
transsərhəd cinayətkarlığın
təzahürləri ilə
mübarizənin aparılması,
sərhəd mühafizəsi
və nəzarəti sahəsində praktiki fəaliyyətlərin, aidiyyəti
sahələr üzrə
təcrübə mübadiləsinin
həyata keçirilməsi
daxil olmaqla sərhəd əməkdaşlığının
inkişaf etdirilməsinin
Azərbaycan Respublikası
ilə Bolqarıstan Respublikası arasında mövcud münasibətlərə
əhəmiyyətli töhfə
verə biləcəyini
vurğulayıblar.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti ilə Bolqarıstan Respublikasının
Daxili İşlər
Nazirliyi arasında sərhəd məsələləri
üzrə əməkdaşlıq
haqqında Saziş” imzalanıb.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.4.