Dmitri Savelyev: “Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini
bir daha
vurğulayır”
Son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir.
AZƏRTAC xəbər verir ki, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu sözləri Moskvada keçirilən Rusiya-Azərbaycan regionlararası forumunun gedişində AZƏRTAC-a müsahibəsində söyləyib.
O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır.
D.Savelyev deyib: “Azərbaycan Rusiyanın ən etibarlı, mən deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır. Bu forumun Moskvada keçirilməsi bizim üçün çox vacibdir. Azərbaycan Moskvada keçirilən nəqliyyat forumunda da iştirak edib”.
Turizm
sahəsində əməkdaşlığın vacibliyini qeyd edən
rusiyalı deputat deyib:
“Turizm ölkələrimiz arasında ikitərəfli
münasibətləri möhkəmləndirməyə kömək
edən çox mühüm
sahədir. Azərbaycana səfər edən
rusiyalıların sayı nə qədər çox
olsa, onlar Azərbaycanı
bir o qədər çox sevəcəklər. Ruslarda
belə bir məsəl var:
“On dəfə eşitməkdənsə bir dəfə görmək
yaxşıdır”. Bir dəfə Azərbaycanda
olan rusiyalılar sonra
ona laqeyd qalmırlar. Bu, çox vacibdir”.
Azərbaycan.-
2019.- 23 noyabr.- S.4.