"Cənub qaz dəhlizi"nin həyata keçirilməsində
ABŞ-ın davamlı
dəstəyi təqdirəlayiqdir
Energetika naziri Pərviz Şahbazov
ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp tərəfindən
Birləşmiş Ştatların
Enerji katibi vəzifəsinə namizədliyi
irəli sürülmüş
Dan Brullet ilə görüşüb.
Energetika Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə enerji
sahəsində əməkdaşlığın,
eləcə də Birləşmiş Ştatların
Azərbaycanın həyata
keçirdiyi enerji layihələrinə davamlı
dəstəyinin iki ölkə arasında münasibətlərin inkişafına,
regional və qlobal təhlükəsizliyə töhfələri
müzakirə edilib.
Nazir nəhəng infrastruktur və enerji təhlükəsizliyi layihəsi
olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində
ABŞ-ın davamlı
dəstəyinin təqdirəlayiq
olduğunu bildirib.
Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesindən bəhs edilib. "Energetika sektorunda
islahatların sürətləndirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
29 may 2019-cu il tarixli Sərəncamı energetika
sektorunda əsaslı
dəyişiklikləri təmin
edən strateji sənəd kimi qeyd olunub, bərpaolunan
enerji sahəsinin inkişafı, enerji səmərəliliyi və
liberal bazar modelinə
keçidlə bağlı
hazırlanan təkliflər,
görülən işlər
barədə məlumatlar
diqqətə çatdırılıb.
D.Brullet isə "Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyə kimi Azərbaycanın Xəzəri dünyaya inteqrasiya edən çoxsaylı qlobal enerji təşəbbüslərini
yüksək qiymətləndirib. Cənub Qaz
Dəhlizinin enerji təhlükəsizliyində mühüm
rolunu vurğulayan
ABŞ rəsmisi ölkəsinin
bu layihə ilə yanaşı, Azərbaycanın islahat xarakterli yeni enerji siyasəti kursu ilə də əlaqəli mümkün dəstəyini
və köməyini diqqətə çatdırıb.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.4.