Qürur doğuran
yüksəliş nümunəsi
Azərbaycanın qüdrətlənməsi, qlobal
miqyasda özünün
layiqli yeri və söz sahibi olan dövlət
kimi fərqlənməsi
beynəlxalq ictimaiyyət
tərəfindən təsdiq
olunan reallıqdır. Hər bir
sahədə özünü
doğruldan fəaliyyət
proqramlarının real nəticəsi
olaraq respublikamız hərtərəfli inkişaf
yolu ilə inamla addımlayır.
İndi ölkədə iqtisadiyyatın
vaxtilə əlçatmaz
görünən tərəfləri
belə sürətlə
inkişaf edir, sosial rifah səviyyəsi
durmadan yüksəlir,
bütün sahələrdə
dünya standartlarına
uyğun müasir infrastruktur formalaşır.
Sosial-iqtisadi uğurlarda
regionların öz payı var
Ötən 16 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını
görərik. Ən mühüm uğurlarımızın
sırasında Azərbaycanda
iqtisadiyyatın 3,2 dəfə artımını
xüsusi qeyd etməliyik. Azərbaycanın sənaye potensialı
3 dəfəyə yaxın
çoxalıb ki, bu da ölkənin
keçdiyi nümunəvi
inkişaf yolunun mühüm göstəricisidir.
Valyuta ehtiyatlarımızın
bu dövrdə 50 milyard dolları ötməsi, iqtisadiyyata
270 milyard dollardan artıq sərmayənin yatırılması, 15 min kilometrdən
çox avtomobil yolunun çəkilməsi
və ya yenidən qurulması kimi diqqətəlayiq göstəricilərin hər
biri keçdiyimiz şərəfli inkişaf
yolunun ayrı-ayrı
səhifələridir. Bu, ümumiyyətlə, analoqu
olmayan yüksəliş
nümunəsidir.
Azərbaycanın iqtisadi uğurları sosial sferanı əhatə edən sahələrin də yüksəlişinə yol
açıb. İşsizlik və yoxsulluğun 5 faiz həddinə enməsi, 3 min 200-dən çox
məktəb binasının,
640-dan çox səhiyyə
ocağının əsaslı
təmiri və ya yenidən qurulması, 44 olimpiya mərkəzinin, yüzlərlə
idman qurğularının
inşası əslində
onu göstərir ki, qısa dövrdə
Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.
Xüsusilə qeyd etməliyik ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
icrası ölkə iqtisadiyyatının yüksəlməsində
mühüm əhəmiyyət
kəsb etməklə
makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin
və iş yerlərinin yaranmasında,
infrastruktur və kommunal xidmətlərin daha da yaxşılaşmasında,
yoxsulluq səviyyəsinin
aşağı düşməsində
və əhalinin rifah halında müstəsna rol oynamaqdadır. Bu baxımdan
ölkədə qazanılan
sosial-iqtisadi uğurlarda
Azərbaycanın regionlarının
öz payı var. Ona görə də indi istənilən
şəhər və
rayonumuzun timsalında
Azərbaycanın nail olduğu
yüksəlişi görmək
mümkündür.
Regionların inkişafının
başqa bir təsdiqi isə bu il üçün 35 şəhər
və rayonun dövlət büdcəsindən
maliyyələşməməsidir. Bəli, hazırda bu sayda şəhər və rayon özünün
daxili imkanları hesabına büdcəsini
formalaşdırır. Gələn il
isə belə şəhər və rayonların sayı 39-a çatacaq.
Bütün şəhər
və rayonlar davamlı inkişafdadır
Yenidən qurulan, abadlaşan və iqtisadi potensialı hərəkətə
gətirilən bölgələrimiz
həm də inkişafın milli modelinin bariz nümunələridir. Ölkəmizin ümumi tərəqqisinə
hər birinin böyük töhfəsi
olan şəhərlərimizin
sırasında Sumqayıtın
yeri tamamilə başqadır.
Bu şəhərin
tarixi ənənələr
əsasında inkişaf
edərək nəinki
Azərbaycanın və
Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə
çevrilməsi, Bakı
şəhəri ilə
tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını
uğurla davam etdirən və dövrün tələbinə
uyğun zənginləşdirən
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
əsas hədəflərdəndir.
Bu gün Sumqayıt ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını duyur
və hiss edir. Bu diqqət və
qayğının bariz
nümunəsi kimi dövlət başçısının
15 ildə Sumqayıta
24 dəfə səfərini
göstərmək olar.
Bu dövrdə şəhərdə qazanılan
hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Xüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması
Sumqayıt şəhərini
də dinamik inkişaf yoluna çıxarıb. Olkənin makroiqtisadi
gostəricilərində bu
şəhərin xüsusi
cəkisi yuksəlib, sahibkarlığın inkişafının
daha da sürətləndirilməsi,
istehsal və emal muəssisələrinin
fəaliyyətinin bərpası
və genişləndirilməsi,
iqtisadi və sosial-mədəni infrastruktur
obyektlərinin yenidən
qurulması istiqamətində
uğurlu nəticələr
qazanılıb.
Digər tərəfdən, Sumqayıt
müəyyən dövrdə
itirdiyi sənaye şəhəri adını
özünə qaytarır
və bu işlərdə inamla irəliləyir. İndi Sumqayıt həm
də Azərbaycanın
müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya,
qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika,
yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri
daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti
müasir texnologiya əsasında yenidən qurulub. Sənayenin inkişafı istiqamətində
xəyal görünən,
dumanlı təsir bağışlayan layihələr
məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində
- əzmlə, inadla, fədakarlıqla həyata
keçirilir.
Bu günlərdə
Sumqayıt Dövlət
Dram Teatrında şəhərin
70 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Prezident İlham Əliyev deyib: "Ulu Öndərin Sumqayıt şəhərinə
də həmişə
çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında,
həm də müstəqillik dövründə
dəfələrlə Sumqayıtda
olmuşdur. Mən də
bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim
15 il ərzində
sayca 24-cü səfərdir.
Yəni bu, özlüyündə
göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.
Bəli, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurlu icrası nəticəsində sürətlə
inkişaf edən Sumqayıt şəhərində
qeyri-neft sənayesinin
davamlı inkişafının
təmin edilməsi istiqamətində mühüm
tədbirlər həyata
keçirilib. "Azərkimya”
İB-nin müəssisələri
yenidən qurulmuş,
"Azgüntex” Zavodu,
"Sağlam qida” Aqrar-Sənaye Kompleksi, kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, uniformalar istehsalı fabriki, beton boru və
beton döşəmə
daşı istehsalı
müəssisələri yaradılmış,
Kimya Sənaye Parkında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodu, "STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə
ixtisaslaşmış zavodları,
İnşaat Kimyəviləri
Zavodu, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, tütün məmulatları istehsalı
fabriki, pestisid və aqrokimyəvi məhsullar, azot gübrəsi istehsalı,
xortum və fitinq birləşmələri,
sürtkü yağları,
polipropilen və yüksək sıxlıqlı
polietilen, elektron təhsil avadanlıqları,
şüşə və
saxsı məmulatları
istehsalı müəssisələri,
Məlumatların Emalı
Mərkəzi istifadəyə
verilib, 84 mindən çox yeni iş yeri açılıb.
Yeni istehsal sahəsinin yaradılması
nəticəsində ümumi
daxili məhsul istehsalının həcmi
2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.
Eyni zamanda, şəhərdə Olimpiya
və Paralimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi,
Şahmat məktəbi,
Uşaq İncəsənət
Məktəbi, əlil
və şəhid ailələri üçün
ümumilikdə 240 mənzilli
5 yaşayış binası
inşa edilib, Şəhər Mərkəzi
Xəstəxanasının, "Kimyaçılar” Mədəniyyət
Sarayının, Sumqayıt
Dövlət Dram Teatrının,
Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər
İdman Məktəbinin,
3 nömrəli Uşaq-Gənclər
Şahmat-Dama İdman
Məktəbinin binaları
əsaslı təmir
olunub, "ASAN xidmət”
mərkəzi fəaliyyətə
başlayıb, yeni Dənizkənarı Bulvar-Kompleksi
salınıb, genişmiqyaslı
abadlıq-quruculuq işləri
aparılıb.
Cənab Prezidentin şəhərə
son səfəri əlamətdar
və yaddaqalan oldu. Dövlət başçısının iştirakı ilə bu dəfə Muğam Mərkəzi və "Nizami” kinoteatrının yeni binası istifadəyə verildi. Sumqayıtın 70 illik yubileyi
günlərində dövlət
başçısı tərəfindən
9 sərəncam imzalandı.
Bütün bunlar Azərbaycan
Prezidentinin Sumqayıta
olan diqqət və qayğısı kimi tarixə düşdü.
Sumqayıtın timsalında bir daha göründü ki, Azərbaycanın şəhər və rayonları davamlı inkişaf yolundadır. Qazanılan uğurlarda
Azərbaycanın hər
bir iqtisadi zonasının, hər bir bölgəsinin böyük rolu var.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2019.- 23 noyabr.- S.1; 5.