Rusiya telekanalları Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
Əliyevanın bu ölkəyə rəsmi
səfərindən reportajlar
yayımlayıb
Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin Sədri Dmitri Medvedevə çatdırıb.
Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.
“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.
“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.
Həmçinin Azərbaycanın
Birinci vitse-prezidentinin
rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində
Gimnastika Mərkəzi ilə də
tanış olduğu diqqətə
çatdırılıb. Qeyd olunub ki, Birinci
vitse-prezident Mehriban
Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.1.