Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm cənab Prezident.
Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.
Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.
Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Əl-Seyyid Əl-Şərif
Misir Ərəb Respublikası Deputatlar
Məclisinin
birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin
rəhbəri
Azərbaycan.- 2019.- 24 noyabr.-
S.5.