Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident.

Fürsətdən istifadə edərək, məni Dünya dini liderlərinin II Bakı Sammitinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

Nəzakətiniz, qonaqpərvərliyiniz və bizi səmimiyyətlə qarşıladığınıza görə Sizə, Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycan xalqına öz adımdan, ABŞ Yəhudi liderləri və ABŞ-ın bütün Yəhudi Sefardi cəmiyyəti adından minnətdarlığımızı bildirirəm.

Ulu Tanrıdan Sizə ölkənizi idarə etmək üçün uğurlar, cansağlığı və uzun ömür arzulayıram.

Dərin hörmətlə,

 

Rabbi Eli Abadi,

ABŞ-ın Yeşiva Universiteti

Sefardi Araşdırmaları İnstitutunun direktoru

 

Azərbaycan.- 2019.- 24 noyabr.- S.5.