Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Sizə və ailə üzvlərinizə Allahdan
nemət və bərəkət arzulayırıq.
Sizi 10 il
əvvəl tanıdım
və çox dahi bir şəxslə
görüşdüyümün şahidi oldum, təkcə böyük, mühüm işlər görməyinizlə deyil,
eləcə də dahi və görkəmli,
yüksək ali məqama malik olan şəxsiyyət kimi tanıdım. Siyasət sahəsində bir çox şəxslər
bu işin öhdəsindən gəlməkdə
çətinlik çəkiblər
və bu, mənim gözlərim qarşısında baş
verib.
Azsaylı bir xalqın nümayəndəsinə xüsusi
münasibətlə yanaşmağınız,
istəklərimizi yerinə
yetirməyə səy
göstərməyiniz, ehtiyac
duyduqlarımızı ləyaqət
və sadəliklə
qarşılamağınız və təvazökarlıqla
əlinizdən gələni
etməyiniz böyük
işlərdir.
Noyabrın 14-15-də təşkil etdiyiniz sammit dinlər və xalqlar arasında sülh yaradılmasına xidmət
edir. Bu işi böyük hörmət və ehtiramla həyata keçirdiniz.
Çox
kiçik bir məqamı nəzərinizə
çatdırım ki,
saatlarla əyləşdiniz
və bütün iştirakçıların çıxışlarını
səbirlə dinlədiniz.
Bu, Sizin böyüklüyünüzün daha bir nümunəsidir.
Bütün qonaqları nahara
dəvət etdiniz və yəhudi nümayəndəliyini də
diqqətdən kənarda
qoymadınız. Belə ki,
müqəddəs Tövrat
və dinimizin adətlərinə uyğun
olaraq halal nemətlər ilə qidalanmağımızı təmin
etdiniz. Öz xanımınızla ziyafətdə iştirak etdiniz. Eləcə də mühafizə
işçilərinin yüksək
diqqətəlayiq alicənablığını
və davranışını
da xüsusilə qeyd etmək lazımdır. Bu xüsusi diqqət və qayğıya görə hər bir şəxsə Allahdan bərəkət diləyirəm.
Səhəri gün, noyabrın 15-də
3 nəfər nümayəndə
üzvü ilə birlikdə Prezidentin qəbuluna dəvət olunduq. Mənə heç vaxt
unutmayacağım təəssüratlar
bəxş etdiniz.
Sizin nəzakətli davranışınızdan,
sadəliyinizdən və
söhbətinizdən dərin
biliyə malik və təvazökar insan olduğunuzu gördük. Xalqımızın firavanlığı üçün
dua etdik. Bir daha Zati-alinizin necə böyük və dahi bir
şəxs olduğunu
gördük. Bakının möhtəşəm küçələri,
Prezidentin sadəliyi bizdə heç vaxt unuda bilməyəcəyimiz
təəssüratlar yaratdı.
Elə bu güclü və dərin iz qoyan təəssüratlarla
da ölkəmizə qayıtdıq.
Cənab Prezident.
İcazə verin, Sizə, xanımınıza,
ailə üzvlərinizə
və Sizin kimi ali
məqamlı Prezidentə
layiq olan xalqınıza öz dualarımı çatdırım.
Əlavə etmək istərdim ki, Azərbaycan antisemitizmin hökm sürmədiyi yeganə ölkədir. Allah bunun
müqabilində sizə
nemət və bərəkət bəxş
edəcək. Həmişə başqalarına da bu cür nümunə
olmaqda davam edin.
Dərin hörmətlə,
Şlomo Amar
Qüds Sefardi ortodoks baş ravvini
Azərbaycan. - 2019.- 24 noyabr.- S.5.