H.H.QatsalovunDostluqordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç "Dostluqordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S. 2.