Bakı Dövlət Universitetinin əməkdaşlarına
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Sərhəddin Qubaddin oğlu
Göyçayskiy Şövqisəfa Yusifziya oğlu
Quliyev Akif Ələkbər oğlu
Rüstəmov İzzət Əşrəf oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 26 noyabr.-
S. 2.