“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini, habelə Ələt azad iqtisadi zonasının idarə edilməsini inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1197) 2-ci hissəsində " 19.1-ci maddəsindəsözləri ", 19.1-ci 32-ci maddələrindəsözləri ilə əvəz edilsin.

2. Ələt azad iqtisadi zonasının (bundan sonra - Azad Zona) müvəqqəti idarəetmə qurumu yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Azad Zonanın müvəqqəti idarəetmə qurumu "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) uyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni nəzarəti həyata keçirən inzibati qurumdur;

3.2. Qanunun 32-ci maddəsinə uyğun olaraq Azad Zonanın səlahiyyətli qurumu onun İdarə Heyəti formalaşana qədər həmin səlahiyyətli qurumun İdarə Heyətinin hüquqlarını vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirir;

3.3. müvəqqəti idarəetmə qurumuna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən müvəqqəti idarəetmə qurumunun sədri (bundan sonra - sədr) rəhbərlik edir;

3.4. sədr Azərbaycan Respublikasının Prezidentinə tabedir ona hesabat verir;

3.5. müvəqqəti idarəetmə qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri sədr qəbul edir;

3.6. müvəqqəti idarəetmə qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına fəaliyyətinə görə sədr məsuliyyət daşıyır;

3.7. müvəqqəti idarəetmə qurumunun maliyyə məsələləri Qanunun 8-ci maddəsinə uyğun olaraq tənzimlənir.

4. Sədrə tapşırılsın ki:

4.1. üç ay müddətində:

4.1.1. müvəqqəti idarəetmə qurumunun təşkilati strukturunu müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.2. müvəqqəti idarəetmə qurumunun büdcəsini təsdiq etsin;

4.2. Azad Zonanın idarə edilməsi inkişafı ilə bağlı Qanundan irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Qanunun 8-ci maddəsinə uyğun olaraq müvəqqəti idarəetmə qurumunun öz hüquq vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

 

6.1. müvəqqəti idarəetmə qurumunun öz hüquq vəzifələrini həyata keçirməsi üçün onun müvafiq inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəzi yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı müvəqqəti idarəetmə qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S. 2.