Nüfuzlu “Rossiyskaya qazeta”
nəşrində Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
Əliyevanın müsahibəsi dərc olunub
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə,
Rusiyanın nüfuzlu
rəsmi qəzeti olan "Rossiyskaya qazeta” nəşrinə və "Rossiya-24” telekanalına
müsahibə verib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin müsahibəsi
noyabrın 24-də TASS İnformasiya
Agentliyinin və "Rossiyskaya qazeta”nın saytlarında yerləşdirilib. Noyabrın 25-də isə müsahibə geniş oxucu kütləsi olan rəsmi "Rossiyskaya qazeta” nəşrində dərc edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində
Rusiyanın TASS agentliyinin
baş direktorunun birinci müavini Mixail Qusmanın suallarını cavablandırıb,
Rusiya Federasiyasına rəsmi səfərindən
danışıb, ölkələrimizi
möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini,
Azərbaycan-Rusiya əlaqələrinin
strateji tərəfdaşlıq
münasibətləri kimi
xarakterizə olunduğunu
vurğulayıb, həyata
keçirilən birgə
layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə
iki ölkə arasında humanitar sahədə münasibətlərin
dərinləşməsi istiqamətində
görülən işlərdən,
Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural
mühitdən, Moskvada
Xalq Təsərrüfatı
Nailiyyətləri sərgisində
yaradılan "Azərbaycan”
pavilyonundan danışıb.
Heydər Əliyev Fondunun
çoxşaxəli fəaliyyətini qeyd
edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibənin sonunda
qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan
və rus xalqlarına xoş
arzularını çatdırıb.
Azərbaycan.- 2019.- 26 noyabr.- S.3.