“Rossiya 24” telekanalı Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini
yayımlayıb
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə,
Rusiyanın nüfuzlu
rəsmi qəzeti olan "Rossiyskaya qazeta” nəşrinə və "Rossiya-24” telekanalına
müsahibə verib. Noyabrın
25-də "Rossiya-24” telekanalı Birinci vitse-prezident
Mehriban Əliyevanın
müsahibəsini yayımlayıb.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident
Mehriban Əliyeva müsahibəsində Rusiya
Federasiyasına rəsmi
səfərindən danışıb,
ölkələrimizi möhkəm
dostluq və qonşuluq ənənələrinin
birləşdirdiyini, Azərbaycan-Rusiya
əlaqələrinin strateji
tərəfdaşlıq münasibətləri
kimi xarakterizə olunduğunu vurğulayıb,
həyata keçirilən
birgə layihələri
qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə
iki ölkə arasında humanitar sahədə münasibətlərin
dərinləşməsi istiqamətində
görülən işlərdən,
Azərbaycanda rus dilinə və mədəniyyətinə olan
diqqətdən, ölkəmizdəki
multikultural mühitdən,
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri
sərgisində yaradılan
"Azərbaycan” pavilyonundan
danışıb. Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyətini
qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti
müsahibənin sonunda qarşıdan gələn
Yeni il bayramı
münasibətilə Azərbaycan və rus
xalqlarına xoş arzularını
çatdırıb.
Azərbaycan.- 2019.- 26 noyabr.- S.3.