Baş Nazir Əli Əsədov Bibiheybət yolunda baş vermiş sürüşmə zonasında olub

 

Noyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Səbail rayonu ərazisində Bibiheybət yolunda baş vermiş sürüşmə zonasında olublar. Baş Nazir Əli Əsədov əraziyə baxış keçirərək vəziyyətlə yerində tanış olub.

Qeyd edək ki, ötən gün baş verən sürüşmə ilə əlaqədar yeni yolun Bibiheybət məscidindən paytaxtın mərkəzinə gedən istiqamətində hərəkət dayandırılıb.

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S. 2.