Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri, cənab Prezident.
Bu ilin noyabrın 14-15-də Bakıda
keçirilmiş Dünya
dini liderlərinin II Sammitində bizimlə birlikdə iştirakınıza
görə Sizə minnətdarlığımı bildirirəm. Bu, mənim
indiyədək qatıldığım
ən maraqlı Sammitlərdən biri idi. İkigünlük tədbir məndə
dərin təəssürat
və xoş duyğular oyatdı və burada səmimi qonaqpərvərliklə
qarşılandım. Bakı mənim yaddaşımda heç vaxt unudulmayacaq gözəl bir şəhər kimi qaldı.
Tədbirin dünya ölkələrində
müxtəlifliyə həsr
olunmuş mövzusunu
da yüksək qiymətləndirirəm. Şəxsən mən inanıram ki, İndoneziya tədbir zamanı müxtəlifliyi həqiqi
mənada nümayiş
etdirə bildi. Bu mövzu İndoneziyada
yaşayan insanların
həyat şəraitini
tam şəkildə əks
etdirir. Müxtəliflik Allahın bəşəriyyət
üçün müəyyən
etdiyi bir yoldur. İnsanlara qarşı dözümlülük
nümayiş etdirmək
icmalarımızın dini
liderləri kimi bizim öhdəliyimizdir.
Ümid edirəm ki, bu təşəbbüs sayəsində İndoneziya
və Azərbaycan bir-birini tamamlaya bilərlər.
İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının
Mərkəzi Şurası
dünyanın müxtəlif
ölkələrində yaşayan
müsəlman qadınlarla
əməkdaşlıq etməyə
ümid bəsləyir. Təşkilatımız təkcə İndoneziyada
deyil, həmçinin
dünyada gənc müsəlman qadınların
ən böyük təşkilatıdır. Onun əsas missiyası İndoneziyada qadınların
hüquqlarını qorumaqdan,
aləmlərə rəhmət
olaraq göndərilmiş
fikri inkişaf etdirməkdən və yaymaqdan ibarətdir.
İki ölkə arasındakı
xoş və davamlı əməkdaşlığın
gələcəkdə daha
da möhkəmlənməsinə
və güclənməsinə
ümid edirəm.
Mənə göstərdiyiniz hörmətə
və qonaqpərvərliyə
görə Sizə bir daha təşəkkür
edirəm.
Dərin ehtiramla,
Anggia Erma Rini
İndoneziya Gənc
Alimlərin
İnkişafı Təşkilatının
Mərkəzi Şurasının
sədri
Azərbaycan.- 2019.- 26 noyabr.- S.4.