Azərbaycan nümayəndə heyəti Rusiyanın Şimali Osetiya-Alaniya
Respublikasının rəhbəri ilə görüşüb
Noyabrın 25-də Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Vyaçeslav Bitarov Azərbaycan və Şimali Osetiya xalqları arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün davamlı işlər görüldüyünü deyib. Bildirib ki, uzun illər qonşuluq şəraitində yaşayan xalqlarımız arasında dostluq münasibətləri var.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə
nümayəndə heyətinin tərkibində həm dövlət
rəsmilərinin, həm də ölkəmizdəki müxtəlif
konfessiya rəhbərlərinin iştirak etdiklərini deyib.
Qeyd edib ki, bu amil
Azərbaycanda mövcud
olan multikulturalizmin əyani sübutudur.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli
Həsənov vurğulayıb
ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər
strateji tərəfdaşlıq
səviyyəsindədir. Bu əlaqələrin əsas
istiqamətlərini iki
ölkənin prezidentləri
müəyyənləşdirir və xalqların qarşılıqlı maraqları
nəzərə alınır.
Səfər çərçivəsində Azərbaycan Prezidentinin şəxsi yardımı
sayəsində Vladiqafqazda
yenidən bərpa olunan Muxtarov məscidi də ziyarət olunub. Azərbaycan nümayəndə
heyətinə məlumat
verilib ki, hazırda məscidin ətrafında da abadlıq işləri davam etdirilir.
Nümayəndə heyəti, həmçinin
Alaniya Tarix Muzeyində olub.
Azərbaycan.-
2019.- 26 noyabr.- S.6.