Fransa-Azərbaycan əlaqələri yüksələn
xətlə inkişaf edir
Noyabrın 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Fransa parlamentinin deputatı Karolin Janvienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov Fransanın AŞPA-dakı yüksək səviyyəli təmsilçiliyindən söhbət açıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın parlamentdəki fəaliyyəti dönəmində Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etdiyini, o zamandan bu ölkə münasibətlərin daha da inkişaf etdiyi vurğulayıb. Qeyd edilib ki, bu gün Fransa-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizdə hazırda fransızdilli orta məktəb və universitet fəaliyyət göstərir.
Fransa parlamentinin deputatı Karolin Janvie səmimi görüş üçün təşəkkür edib. O, Azərbaycana Avropa Komissiyasının Tərəfdaşlıq Proqramı üzrə gəldiklərini, bu səfərin Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində hazırlanacaq hesabata görə tanışlıq məqsədi daşıdığını dilə gətirib. Azərbaycanın zəngin tarixinə, Bakının qədim arxitekturasına heyran qaldıqlarını vurğulayıb. Qonaq ölkəmizin sürətlə inkişaf etdiyini, Azərbaycan hökumətinin öz vətəndaşlarının sosial vəziyyətinə çox diqqət ayırdığından məmnun qaldıqlarını vurğulayıb.
Söhbətdə deputatlar qonaqları maraqlandıran suallara ətraflı cavablar
veriblər.
Azərbaycan.-
2019.- 26 noyabr.- S.6.