2020-ci ilin dövlət büdcəsi davamlı inkişafa zəmin yaradır

 

Cənubi Qafqazın lideri olan Azərbaycan Respublikası müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını böyük müdrikliklə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız son 16 ildə sosial-iqtisadi inkişaf baxımından ortaya mükəmməl nümunə qoyub, beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu dövlətə çevrilib.

Son dövrlərdə isə respublikamız inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən islahatlar 2019-cu ilin ötən dövründə ölkənin davamlı inkişafını təmin edərək müsbət makroiqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. Bu baxımdan sona yaxınlaşan 2019-cu il Azərbaycanda iqtisadi yüksəliş, xüsusən qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı baxımından əlamətdardır. Belə ki, ilin ötən dövründə iqtisadiyyatın yüksələn temp üzrə artımı davam edibqeyri-neft sektoru üzrə bütün sahələrdə 2018-ci illə müqayisədə artım əldə olunub. Statistik göstəricilərə əsasən, bu dövrdə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artıb. O cümlədən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz artım qeydə alınıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə də davam etməsi gözlənilir. Bu proqnoza əsasən, gələn il ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcək.

Bu günlərdə Milli Məclisdə müzakirə olunan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər respublikamızda gedən inkişaf proseslərinə uyğun hazırlanıb. Öncə onu qeyd etmək istərdim ki, son illərdə respublikamızın dövlət büdcəsi də iqtisadi inkişafla mütənasiblik təşkil edərək sürətlə artıb. Hazırda Qafqazda bütün sahələrdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir. Bunun nəticəsidir ki, dövlət büdcəsinin tərtibi zamanı ölkə üçün vacib məsələlərin maliyyələşdirilməsinə daha çox diqqət yönəldilib. Sosial və investisiyayönümlülüyünə üstünlük vermək, iqtisadisosial islahatları dəstəkləməklə dövlətin müdafiə qabiliyyətini daha da gücləndirmək, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyi stimullaşdırmaq, idxaldan asılılığı minimuma endirmək, regionların dinamik sosial-iqtisadi inkişafını təmin etmək dövlət büdcəsinin diqqəti çəkən tərəfləridir.

Yeni iqtisadi islahatların nəticəsi olaraq 2019-cu ildə nail olduğumuz uğurlar 2020-ci ilin dövlət büdcəsinin də artımla tərtib olunmasına imkan yaradıb. Layihə hazırlanarkən Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. Ona görə layihədəki gəlir və xərclərlə bağlı proqnozları məqbul hesab etmək olar. Büdcə hesablamalarında neftin qiymətinin 55 dollar həddində götürülməsini xüsusi vurğulamaq istərdim. Bu, bizim iqtisadi və maliyyə sektorlarımız üçün səfərbəredici amildir.

Dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat proqnozlaşdırılır. Bu ÜDM-in 29 faizi həcmində olmaqla, 2019-cu ilin proqnozu ilə müqayisədə 966,5 milyon manatyaxud 4,2 faiz çoxdur. Büdcənin xərcləri isə 26 milyard 913,7 milyon manat (ÜDM-də xüsusi çəkisi 32,3 faiz), proqnozlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manatya 6,8 faiz çoxdur.

Xüsusilə qeyd etmək istərdim ki, 2020-ci ildə sosialyönlü xərclərdə əhəmiyyətli artımlar təmin ediləcək. Belə ki, 2019-cu ilin martsentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənmişdir. Bu zəmində minimum əməkhaqqının təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması bu sahədə atılmış mühüm addımlardandır. Ona görə də gələnilki büdcədə sosial xərclərin çəkisi 37 faiz artmışdır. Bu da onu bir daha təsdiq edir ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdürPrezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində məhz insan amili dayanır.

İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması üzrə tədbirlər də büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq. Belə ki, növbəti ildə elm xərclərinə 193,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manatya 42,1 faiz çoxdur. Gələn il üçün təhsil xərclərinə isə 3 milyard 155,8 milyon manat vəsait ayrılmışdır. Bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat ya 38,3 faiz çoxdur.

Aqrar sektora dövlət qayğısının genişləndirilməsi, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi dövlət büdcəsindən birbaşa subsidiyaların verilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə özünütəminin təşkili, dünya bazarlarında rəqabətədavamlı, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının artırılması çeşidinin genişləndirilməsi üçün 2020-ci ilin dövlət büdcəsində maliyyə bazası yaradılmışdır.

Konkret ifadə etsək, 2020-ci ilin dövlət büdcəsində aqrar sfera üçün 921 milyon manat ayrılıb. Bu da 2019-cu illə müqayisədə təxminən 85 milyon manat çoxdur. Bu vəsaitdən kənd təsərrüfatı tədbirləri üçün 447,4 milyon manat, baytarlıq tədbirləri üçün 35,4 milyon manat, meliorasiya, irriqasiya suvarma sistemlərinin maliyyə təminatı üçün 426 milyon manat, kənd təsərrüfatı üzrə təcrübə, tətbiqi tədqiqatlar tədbirlər üçün 12,2 milyon manat vəsait proqnozlaşdırılır. Kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulan vəsaitin 5 milyon manatı heyvanların bitkilərin sığortalanması ilə bağlı xərclərə, 330 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərə, 7,3 milyon manatı fitosanitar toxum nəzarəti, bitki sortlarının qeydiyyatı ilə bağlı xərclərə yönəldiləcək.

Yeni subsidiya mexanizminin tətbiqinə müvafiq olaraq fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına görə verilən əkin, 1-ci 2-ci reproduksiyalı toxum tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə görə verilən arı, yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində dövlət proqramlarının digər tədbirlərin maliyyələşdirilməsi məqsədilə müvafiq məbləğdə vəsait proqnozlaşdırılır. Bütün bunlar bir daha dövlətin aqrar sferaya olan yüksək diqqətinin bariz nümunələridir.

Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 2020-ci ilin dövlət büdcəsində əlavə olaraq 112,9 milyon manat vəsait nəzərdə tutulması da olduqca təqdirəlayiqdir.

Deputatı olduğum seçki dairəsinin əhatə etdiyi Maştağa, Nardaran, Bilgəh Zabrat qəsəbələrində son illər büdcə vəsaiti hesabına sosial obyektlərin tikintisi təmiri, asfalt yollar çəkilməsi, abadlıq işlərinin görülməsi üçün çox böyük işlər görülmüş, bu qəsəbələrin siması xeyli dəyişmişdir. Bununla belə həyat inkişafdadır zaman-zaman bir sıra məsələlərə yenidən baxmaq zərurəti yaranır.

Hazırda bu qəsəbələrdə sakinlərin əsas xahişlərindən biri məktəblərdə şagird sıxlığının aradan qaldırılmasıdır. Son vaxtlar Bakı ətrafı qəsəbələrdə əhalinin sıxlığından irəli gələrək bəzi məktəblərdə tədris üç növbəli aparılır. Məsələn, 10-15 il əvvəl Maştağa qəsəbəsində əhalinin sayı 50 min nəfərdən artıq idisə, indi bu rəqəm 80 mini ötüb. Ona görə Milli Məclisdə büdcə müzakirələrində qaldırdığım məsələlərdən biri şagird çoxluğu ilə əlaqədar tədrisi 3 növbədə həyata keçirən məktəblər üçün yeni korpusların tikintisi barədə oldu. İnanırıq ki, hökumət bu məsələni nəzarətdə saxlayacaq.

Sakinlərin başqa bir xahişi qəsəbədaxili yolların yenidən qurulması barədədir. Dövlət başçısının tapşırığı ilə bu sahədə olan problemlərə birdəfəlik son qoyulacaq. Bu il oktyabrın 17-də Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edən Prezident İlham Əliyev qəsəbədaxili yollara da mütləq fikir vermək lazım olduğunu qeyd etmiş, Kürdəxanıda yaradılmış gözəl nümunənin bütün qəsəbələrdə öz əksini tapmasının vacibliyini bildirmişdi. Noyabrın 20-də isə dövlət başçısı "Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalamışdı. Sərəncama əsasən, Zabrat Maştağa da daxil olmaqla Sabunçu rayonunun 4 qəsəbəsində avtomobil yollarının, su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması üçün 6 milyon manat vəsait ayrılmışdı. Bu sərəncam həmin qəsəbələrin sakinləri tərəfindən böyük razılıqla qarşılanmış onlar cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər.

Təkliflərimdən biri Zabrat qəsəbəsində mədəniyyət evinin inşası ilə bağlıdır. Çünki bu qəsəbədə mədəniyyət evi demək olar ki, yoxdur. Vaxtilə fəaliyyət göstərmiş bir mədəniyyət evi uzun illərdən bəri bağlıdır. O cümlədən Gənclər evinin inşası qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə imkan verər.

Təxminən il yarımdır ki, Maştağa qəsəbəsindəki 7 saylı xəstəxananın binasında əsaslı təmir işləri başlayıb. Təmir işlərinin sürətlənməsi gələn ilin əvvəllərində xəstəxananın istifadəyə verilməsi qəsəbə sakinlərinin xahişidir.

Bütövlükdə Azərbaycanın əsas maliyyə sənədi olan dövlət büdcəsi 2020-ci ildə ölkə iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradır. Ən əsası dövlət büdcəsinin göstəriciləri belə bir qənaət formalaşdırır ki, iqtisadi sferada hər il yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır.

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S.7.