Xoş məram, sülhdostluq elçisi

 

Birinci vitse-prezident Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti onu dünyada milyonların sevimlisinə çevirib

 

Münasibətləri möhkəm dostluğa, mehriban qonşuluğastrateji tərəfdaşlığa əsaslanan Azərbaycan və Rusiya Federasiyası getdikcə bir-birinə daha da yaxınlaşır, əlaqələr möhkəmlənir.

Bu əlaqələr beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Əlbəttə ki, bunları şərtləndirən əsas amil iki ölkənin prezidentləri arasında olan möhkəm dostluq münasibətləridir. Hər il cənab İlham Əliyevlə Vladimir Putin arasında azı 4 görüşün keçirilməsi də bunun bariz nümunəsidir.

Prezidentlərin dostluqdan irəli gələn intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini daha da gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Noyabrın 21-25-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də iki ölkə arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ənənələrinə söykənərək inkişaf etdiyini bir daha göstərdi. Başlıcası isə təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi müttəfiqidir.

Səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidmətlərinə görə Mehriban xanım Əliyevaya Prezident Vladimir Putin tərəfindən "Dostluqordeni təqdim edildi.

Bu, əlbəttə ki, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyərdir. Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsinə də mühüm töhfələr verir.

 

Xeyriyyəçilik missiyası

 

İctimai-siyasi, elmi yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti ilə təkcə Azərbaycanda yox, dünya miqyasında qadınlar üçün əsl nümunəyə çevrilən Mehriban xanım Əliyeva ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində möhtəşəm işlər görür. Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol həm də ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasına çox böyük dəstəkdir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaradıldığı gündən dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, Mehriban Əliyeva təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da xoşməramlı missiyanın elçisi kimi qəbul olunur. Məhz bu xidmətlərinə görə Azərbaycanın birinci xanımı müxtəlif dövlətlərin, təşkilatların ali mükafatlarına layiq görülüb.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun xoşməramlı səfiri adını alan Mehriban Əliyeva bir il sonra, 2005-ci ilin martında "2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə "Caspian Energy Integration Award-2005” beynəlxalq mükafatına layiq görülüb. Elə həmin il Mehriban xanım "Lider qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan qadınına xas olan yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə "İlin qadını” elan edilib.

Mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı ilə mükafatlandırılan birinci xanım sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım "Qızıl ürək” beynəlxalq mükafatına sahib çıxıb.

Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev mükafatı ilə təltif edilib.

 

Azərbaycan qadınına verilən beynəlxalq dəyər

 

Azərbaycanın bir çox ölkələrlə siyasi, mədəni əlaqələrinin daha da möhkəmlənməsi prosesində fəallıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir. Məsələn, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının xidmətlərə görə "Böyük Komandor Xaçı” ordeni, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionuordeni, İtaliya Respublikasının xidmətlərə görə "Böyük Xaç Kavaleriordeni, Macarıstanın xidmətlərə görə "Komandor Xaçı” ordeni, Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - "Sretenordeni bunu bir daha təsdiqləyir.

Mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun "Qızıl Motsart” medalı ilə təltif edilən birinci xanım, 2011-ci il iyunun

24-də Brüsseldə Krans Montana Forumunun "Qızıl medalı”na layiq görülüb. Medal həmin il oktyabrın 7-də Fransanın (sabiq) Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri zamanı Mehriban Əliyevaya təqdim edilib.

2012-ci il fevralın 13-də Mehriban xanım Əliyevaya səhiyyənin, ətraf mühitin, sülhünhumanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə verdiyi sanballı töhfələrə görə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilib. Elə həmin ildə humanitar fəaliyyətinə görə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb.

 

"Humanizm simvolu - 2012-ci ilin adamı

 

Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondu bir çox ölkələrdə təhsil, səhiyyə humanitar sahələrdə layihələr həyata keçirir. Belə ölkələrdən biri Pakistandır. Fondun bu ölkədə həyata keçirdiyi layihələr Azərbaycan Pakistan xalqlarının dostluq qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, Pakistan dövləti tərəfindən yüksək qiymətləndirilir. Pakistanın nüfuzlu "Daily Times” qəzeti Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı Heydər Əliyev Fondunun 2012-ci ildə bu ölkənin bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil səhiyyə sahəsində gördüyü işlərə görə "Humanizm simvolu - 2012-ci ilin adamıelan etməsi, 2013-cü il dekabrın 27-də "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülməsi bunu təsdiqləyən reallıqdır.

 

"Heydər Əliyevordenli Birinci vitse-prezident

 

Təhsil, mədəniyyət, səhiyyə sahəsi ilə yanaşı, Birinci vitse-prezidentin Azərbaycanda idmanın inkişafında da səmərəli, uğurlu fəaliyyəti diqqət çəkib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları digər müxtəlif yarışların təşkilati işlərinə rəhbərlik edən Mehriban xanım Əliyevanın ortaya qoyduğu nümunə Azərbaycanın həm idman ölkəsi olduğunu dünyaya çatdırıb.

Prezident İlham Əliyev 2015-ci ildə mədəniyyətin, təhsilin, səhiyyənin idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanımı ölkənin ən ali mükafatı olan "Heydər Əliyevordeni ilə təltif edib. Həmçinin Mehriban xanım Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordenə layiq görülüb.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasının Provaslav Kilsəsi Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Fond Həştərxanda bir sıra iri layihələr reallaşdırıb. Misal kimi Ümummilli Lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbi, uşaq bağçasını, "Dostluqkörpüsünü, uşaq əyləncə şəhərciyini, knyaz Vladimir abidəsini göstərə bilərik. Məhz bu xidmətləri nəzərə alan Moskvanın bütün Rusiyanın patriarxı Kirill Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban xanım Əliyevanı "II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqaordeni ilə təltif edib.

Bundan başqa, Mehriban Əliyevaya ictimai, mesenatlıq xeyriyyəçilik fəaliyyətinə, təhsil mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə Rusiyanın "Yüzilliyin mesenatlarıBeynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaçordeni verilib.

Mehriban xanım Əliyevanın nurlu ideyaları, uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu bütün dünyada xeyirxahlıq mələyi kimi tanıdır, milyonların sevimlisinə çevirir. Onun uğurla apardığı xeyriyyəçilik missiyası Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın dünyada tanıdılması işində Mehriban Əliyeva əvəzsiz rola malikdir. Erməni lobbisinin antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı yaratdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan fəaliyyəti ölkəmizin dünyada sülhün firavanlığın carçısı kimi tanınmasında çox böyük rol oynayır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 27 noyabr.- S.1; 7.