“Texniki tənzimləmə
haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Texniki tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Texniki
tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini beş ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. həmin
Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu
(ikinci halda), 13.12-ci,
14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində
nəzərdə tutulmuş
orqan (qurum) barədə təkliflərini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. bu
Fərmanın 1.2-ci bəndində
nəzərdə tutulmuş
orqanlar (qurumlar) müəyyən edildikdən
sonra üç ay müddətində:
1.4.1. həmin
Qanunun 7.12-ci və
10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası,
qəbulu, onlarda dəyişikliklər edilməsi
qaydalarının layihəsini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.4.2. həmin
Qanunun 13.5-ci maddəsinə
uyğun olaraq, uyğunluq sertifikatının
və uyğunluq bəyannaməsinin formasını,
hazırlanması və
təqdim edilməsi qaydalarını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4.3. həmin
Qanunun 13.10-cu maddəsinə
uyğun olaraq, uyğunluq sertifikatlarının
və uyğunluq bəyannamələrinin reyestrinin
aparılması qaydasını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4.4. həmin
Qanunun 13.11-ci maddəsinə
uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa
dair xarici dövlətlərdə verilmiş
uyğunluq sənədlərinin
tanınması qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.4.5. həmin
Qanunun 13.14-cü maddəsinə
uyğun olaraq, uyğunluq nişanının
forması, uyğunluq
nişanından istifadə
və verilməsi qaydalarını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4.6. həmin
Qanunun 15.2-ci maddəsinə
uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun
olmayan mallara qarşı nəzarət
tədbirlərinin görülməsi
qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.4.7. həmin
Qanunun 16.3-cü maddəsinə
uyğun olaraq, Məlumat mərkəzinin
yaradılması və
fəaliyyət qaydasını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
Qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən
edən qanun layihəsini beş ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.6. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə altı ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.7. beynəlxalq
təcrübə nəzərə
alınmaqla, texniki tənzimləmənin tətbiq
edilə bilinməyəcəyi
sahələri (halları)
müəyyənləşdirəcəyi
təqdirdə bununla bağlı təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.8. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Texniki tənzimləmə haqqında”
Azərbaycan Respublikası
Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu,
7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər
iki halda), 9.1-ci, 10.1-ci
(hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda),
13.9-cu, 13.10-cu (hər iki
halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu,
15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin
Qanunun 7.12-ci və
10.3-cü maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
2.3. həmin
Qanunun 7.1-ci, 7.11-ci (ikinci
halda), 7.14-cü (birinci
halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci
(birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci,
13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Texniki tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 27 noyabr.-
S. 4.