Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388; Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 14 oktyabr tarixli 836 nömrəli, 16
oktyabr tarixli 842 nömrəli və 12 noyabr tarixli 852 nömrəli fərmanları)
ilə təsdiq edilmiş "Rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 26-cı hissəyə
"326,” rəqəmlərindən sonra "363-2,” rəqəmləri
əlavə edilsin.
2. Aşağıdakı
məzmunda 26-1-ci hissə
əlavə edilsin:
"26-1. Məcəllənin
363-1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
26-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı
hissəsində nəzərdə
tutulan vəzifəli şəxslər;
26-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
adından - bu Siyahının 28-ci hissəsində
nəzərdə tutulan
vəzifəli şəxslər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 27 noyabr.- S. 4.