Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Dünya dini liderlərinin II Bakı Sammitində, o cümlədən möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Dünyanın müxtəlif ölkələrindən olan görkəmli dini liderləri bir araya toplayan bu mühüm beynəlxalq sammit çox yüksək səviyyədə təşkil edilmişdixalqlar arasında, sülhharmoniya sevən müxtəlif dinlərin nümayəndələri arasında dialoqun təmin olunmasına və sıx münasibətlərin qurulmasına şərait yaratdı.

Möhtəşəm memarlığı ilə göz oxşayan paytaxt Bakı şəhərində olduğumuz günlər ərzində Azərbaycan xalqının və hökumət nümayəndələrinin yüksək qonaqpərvərliyinin və mehribanlığının şahidi olduq.

Cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm və Azərbaycanın bu gün beynəlxalq ictimaiyyət üçün multikultural dövlət, tolerantlıq və xoş münasibətlərin hökm sürdüyü bir ölkə modeli olduğuna görə Sizi təbrik edirəm.

Bakıda çox yüksək səviyyədə keçirilmiş bu cür sammitlər davamlı olmalıdır. Çünki bu tədbirlər dinlərarası dialoqun təmin olunmasına, xalqlar arasında qarşılıqlı anlaşmayasülh şəraitində birgəyaşayışa təkan verir.

Sizə bir daha minnətdarlığımı və ən səmimi təbriklərimi çatdırıram.

Dərin hörmətlə,

 

Xose Luiz del Palasio Perez-Medel

Perunun Kallao vilayətinin yepiskopu

 

Azərbaycan.- 2019.-27 noyabr.- S.6.