Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Keniya Müsəlmanları Ali Şurası Zati-alinizə ən xoş arzularını çatdırır və Allahdan Sizə möhkəm cansağlığı diləyir. Afrika qitəsində mövcud bütün dini etiqadların liderləri adından və şəxsən öz adımdan Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti çərçivəsində bizi qəbul etdiyiniz üçün Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.
Azərbaycanda olduğumuz müddətdə bizə - müxtəlif dinlərin liderlərinə göstərdiyiniz qayğıya və mehribanlığa görə Sizə sonsuz şükranlığımızı bildiririk. Dünyada beynəlxalq əməkdaşlığın təşviqi, sivilizasiyalarası və dinlərarası münasibətlərin möhkəmlənməsi istiqamətindəki fəaliyyətinizə və fədakar səylərinizə görə Sizə səmimi qəlbdən təşəkkürümüzü çatdırırıq. Biz hamımız Uca Tanrının övladlarıyıq və bu, müxtəlif dinlərə mənsub insanlar arasında hörmət və tolerantlığın təşviq olunmasında həqiqətən əsl qlobal liderlikdir.
Azərbaycan xalqının Sizin rəhbərliyinizlə multikulturalizmin, tolerantlığın, dini həmrəyliyin və qonaqpərvərliyin təşviq olunması istiqamətindəki nümunəvi rolu qəlbimizdə silinməz izlər qoyub. Öz tarixi, irsi, mədəniyyəti, dini tolerantlığı və Sizin kimi müdrik lideri ilə fəxr edən Azərbaycan xalqının mehribanlığı bizdə dərin təəssüratlar oyatdı.
Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dinlərə mənsub xalqlar arasında dialoq və anlaşmanın təşviqi istiqamətində uzaqgörən liderliyi ilə fəxr edirik. Bakıda keçirdiyimiz gözəl günlər ərzində biz bir-birimizlə dialoq aparmağa, möhkəm dostluq və qardaşlıq münasibətləri qurmağa nail olduq.
Zati-aliləri, bizə göstərdiyiniz səmimi qəbula və diqqətə görə Sizə, eləcə də mehriban və qonaqpərvər Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk.
Fərqli dinlərə və inanclara mənsub xalqlar arasında insan ləyaqətinə hörmətin təmin olunması ilə dünyada sülhün bərqərar edilməsi sahəsində liderliyinizi davam etdirməkdə Sizə Qadir Allahdan uğurlar diləyirəm.
Dərin hörmətlə,
Səfir Yusuf Əbdülrəhman Nzibo
Keniya Müsəlmanları Ali
Şurasının milli sədri
Azərbaycan.-
2019.-27 noyabr.- S.6.