Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu-əleykum.
Möhtərəm Prezident.
Ərəb və İslam dünyasının, eləcə də digər ölkələrin üzləşdiyi çağırışların və reallıqların müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.
Zati-aliləri cənab
Prezident, icazə verin, Sizi dinimizlə
tanış edim. Biz “Mandei
sabiilik” adlanan qədim dinin ardıcıllarıyıq. Bu din İraqın cənubundakı ikiçayarası
vadisində Ur və Mişan şəhərlərində
meydana gələn ilk
təktanrılıq dinidir.
Biz tək Tanrıya
inanırıq. O Tanrı öz-özlüyündə
mövcuddur. Həyat başlanğıcı
olmayan əzəli varlıqdan və sonu olmayan əbədi
varlıqdan yaranıb.
Müqəddəs kitabımız “Ginza Rbadır” (İlk kitab), dilimiz isə Mindai–şərqi Arami dilidir. Müqəddəs kitabımız 2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə
hədiyyə etməkdən
şərəf duyuram
və Bağdaddakı
səfirliyə çatdıracağam.
Digərlərini tanımaq, onların mövcudluğuna və hüquqlarına qarşılıqlı
ehtiram bəsləmək,
habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən
dini ayinlərlə məşğul olmaq azadlığını təmin
etmək dinlər və məzhəblər arasındakı əlaqələrdə
əsas prinsiplərdir. Dini radikalizm
dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onlara dini libas geyindirir
və insanları tez inandıra bilir.
Tələbələri və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnləri dövrün
dəyişiklikləri fonunda
yenidən izah etmək, bütün din və məzhəblərin
ortaq tərəflərini
əxz etmək sabit və firavan
ölkənin qurulmasına
töhfə verən işlərdəndir.
Zati-aliləri, bunu biz
Sizin ölkənizdə
gördük. Azərbaycan müxtəlif
irqlər, dinlər və mədəniyyətlərlə
zəngindir. Rəhbəri olduğunuz ölkədə
din dövlətdən ayrıdır
və bu, dini ədavətin qarşısını alır.
Bu, ictimai, siyasi
və dini məsələlərin mənimsənilməsinə
və həllinə,
o cümlədən ölkədəki
bütün toplumların
xüsusiyyətlərini qorumağa
qadir olan ən yaxşı yoldur.
Zati-aliləri, Sizi bir daha
salamlayır, əzəli
və əbədi olan Tanrıya Sizin üçün dualar edir, Sizə,
gözəl xalqınıza
və bütün bəşəriyyətə xoşbəxtlik,
əmin-amanlıq və
sülh diləyirəm.
Dərin hörmətlə,
Səttar Cabbar Helv
İraq və Bütün Dünya
“Mandei
sabiilik” dini tayfasının başçısı
Azərbaycan.- 2019.-27 noyabr.- S.6.