NATO-nun Hərbi Komitəsinin sədri: Azərbaycan Alyansın
etibarlı tərəfdaşıdır
Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Müdafiə naziri bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb, Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Aviasiya Baş Marşalı Ser Stüart Piiç Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.
Aviasiya Baş
Marşalı Ser Stüart
Piiç NATO-nun Azərbaycanın
ərazi bütövlüyünü,
müstəqilliyini və suverenliyini dəstəklədiyini
bildirərək Alyansın Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinin
tərəfdarı olduğunu diqqətə
çatdırıb.
Qonaq səmimi qəbula və
göstərilən qonaqpərvərliyə, həmçinin
Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ilə görüşün
keçirilməsi üçün yaradılan şəraitə
görə Azərbaycan dövlətinin rəhbərliyinə
minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan
ilə NATO arasında həyata keçirilən əməkdaşlıq
proqramları çərçivəsində əməliyyat
hazırlığı, təlimlərin keçirilməsi, hərbi
təhsilin inkişafı, qüvvələr arasında
qarşılıqlı uzlaşmanın əldə
olunması məsələləri müzakirə edilib, həmçinin
əməkdaşlığın inkişaf perspektivləri və
NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin
mümkün töhfəsi barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2019.- 27 noyabr.-S.6.