Milli və qlobal prinsiplərə əsaslanan siyasət
Gənclər ölkənin demoqrafik inkişafında mühüm
rol oynayırlar. Belə ki,
ölkəmizdə əhalinin
30 faizini yaşı
14-dən 29-dək olan şəxslər
təşkil edir.
Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı, aparıcı qüvvəsi
və əmək resursudur. Gənclər çox vaxt
gələcəyi təmsil
edən bir təbəqə hesab olunur, çünki onlar hazırda mövcud olan biliklər bazasına yeni fikirlər və enerji gətirirlər.
Onlar həmçinin
cəmiyyətə və
ya ümumiyyətlə
dünyaya fayda verən yeni kəşflərə və
inkişafa səbəb
ola biləcək
həvəsə malikdirlər.
Bu səbəblə də gənclərə doğru atılan hər bir addım
gələcəyə investisiya
deməkdir.
Ümumilikdə gənclər siyasətinin
əsas məqsədi
onların bilik, bacarıq və səriştələrini inkişaf
etdirmələrinə və
təcrübə qazanmalarına
şərait yaratmaqdır. Bu, gənclərə cəmiyyətə
inteqrasiya etməyə
və xüsusən vətəndaş cəmiyyətində,
əmək bazarında
fəal rol oynamağa imkan verir.
Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan gənclər siyasəti hazırda onun layiqli varisi
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bunu gənclərlə bağlı mütəmadi
olaraq inkişaf proqramlarının qəbul
olunmasında, 2007-ci ilin
"Gənclər ili”
elan edilməsində,
gənclərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün reallaşdırılan
müxtəlif sosialyönümlü
tədbirlərdə, o cümlədən
sosial evlər layihəsində, 2013-cü ildə
gənclərin nailiyyətlərinin
qiymətləndirilməsi və
stimullaşdırılması məqsədilə "Gənclər
üçün Prezident
Mükafatı”nın təsis
edilməsində görə
bilərik.
Prezidentin gənclər siyasətinin
əsas tərkib hissələrindən biri
də onlarla bağlı kadr siyasəti və o cümlədən gənclərin
rəhbər vəzifələrə
gətirilməsidir. Bu gün savadlı, müasir kadrların irəli çəkilməsi
ilə hakimiyyətdə
gəncləşmə siyasəti
həyata keçirilir.
Bu islahatlar birbaşa
Prezident İlham Əliyevin şəxsi təşəbbüsüdür və uğurla davam etdirilir. İslahatların müjdəsini dövlət
başçısı 2018-ci ildə növbədənkənar
prezident seçkilərində
qalib gəldikdən dərhal sonra vermişdi. Bu müjdəni bir-birinin ardınca gənc nazirlərin təyinatı,
son günlərdə isə
gənc icra başçılarının təyin
olunması reallaşdırmışdı.
Prezidentin gənc kadrlara
ümidi böyükdür.
O, yeni nəsildən şəffaflıq, dinamiklik,
innovasiya, tərəqqi
gözləyir. Bunu yeni təyin olunan icra başçıları
ilə görüşdə
bu şəkildə dilə gətirmişdi:
"Sizin qarşınızda
duran əsas vəzifələr rəhbərlik
edəcəyiniz rayonların
sosial-iqtisadi inkişafını
təmin etməkdir. Siz vətəndaşlarla daim
təmasda olmalısınız,
bütün kəndləri
gəzməlisiniz, kənd
camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır... Siz çox
mobil başçılar
kimi fəaliyyət göstərməlisiniz”.
2017-ci il
sentyabrın 15-də Prezident
İlham Əliyevin sərəncamı ilə
təsdiq edilmiş növbəti "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramında
gənclərin elmə,
tədqiqata həvəsləndirilməsi,
ali və orta ixtisas təhsili
müəssisələrində gənclər tərəfindən
irəli sürülən
mütərəqqi ideya
və təşəbbüslərin
dəstəklənməsi, o cümlədən sağlam
həyat tərzinin təbliğ edilməsi, qorunması və möhkəmləndirilməsi qarşıya
qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə atılan
addımlardan biri kimi Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun milyonlarla manat məbləğində maliyyələşdirdiyi
layihələr, o cümlədən
gənc alimlərə
qrant layihələrinin
verilməsi gənclər
arasında elmi tədqiqat fəaliyyətinə
marağı artırmışdır.
Azərbaycan cəmiyyətinin gənc seqmentinin sağlamlığının,
təhsilinin, məşğulluğunun
və sosial müdafiəsinin təmin
edilməsi üçün
genişmiqyaslı işlər
görülmüşdür. Gənclər təşkilatlarının və
ayrı-ayrı gənclərin
ictimai əhəmiyyət
daşıyan təşəbbüslərini
dəstəkləmək məqsədilə
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.
Bu gün
Azərbaycanda yüksək
intellektual səviyyəyə,
vətənpərvərlik hissinə, milli dəyərlərə malik
olan gənclər formalaşır. Bu təbəqə
gündən-günə ölkənin
ictimai-siyasi həyatında
daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan 250-dən artıq qeyri-hökumət və gənclər təşkilatlarının
aktiv fəaliyyəti dövlətin yaratdığı
şərait sayəsində
mümkün olub.
Məhz dövlətin gənclərə
dəstək və diqqət göstərməsi
nəticəsində Azərbaycan
gəncliyində özünə,
istedadına, gələcəyinə
inam hissi artıb. Həmçinin gənclərimiz iştirak etdikləri neçə-neçə beynəlxalq
olimpiadalarda və idman yarışlarında
qələbələrlə ölkəmizin bayrağını
və şərəfini
ucaldıblar.
Beləliklə, gənclərin inkişafı
Azərbaycanda dövlət
siyasətinin ən vacib tərkib hissələrindən biri
hesab olunur və Prezidentin "Azərbaycan gəncliyinin
2015-2025-ci illər üçün
İnkişaf Strategiyası”
ilə bağlı sərəncamına əsasən
deyə bilərik ki, gənclərə xüsusi diqqət və qayğının göstərilməsi bundan
sonra da mütəmadi olaraq davam etdiriləcəkdir. Gənc nəslin
nümayəndələrinin qanunvericiliyin təkmilləşdirilməsində
daha yaxından iştirak etməsi təmin olunacaq, onların institusional bacarıqlarının artırılması,
vətəndaş cəmiyyətinin
inkişafında aparıcı
rol oynaması istiqamətində ciddi işlər görüləcək,
ictimai fəallıqlarının
bundan sonra da dəstəklənməsi
üçün müvafiq
şərait formalaşdırılacaqdır.
Leyla ABBASLI,
Azərbaycan Respublikası
Təhsil İnstitutunun
doktorantı
Azərbaycan.- 2019.- 27 noyabr.- S.9.