Xalqın güvəni artır, reytinq
də nüfuz da
yüksəlir
İslahatlar dərinləşdikcə və geniş miqyas aldıqca Prezident İlham Əliyevə
olan ictimai rəğbət
və dəstək artır
Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış lider fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.
Azərbaycanın da 2003-cü ildən başlayan sürətli inkişafının, uğurları və davamlı yüksəlişinin müəllifi Prezident İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və prinsipial siyasəti nəticəsində son 16 ildə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklər baş verib və bu qısa zaman kəsiyində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan cənab İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.
Elə bütün bunların səbəbidir ki, Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.
Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən aparılan monitorinqin nəticələri də deyilənləri təsdiqləyir. Qurumun keçirdiyi sorğunun nəticələri göstərir ki, cənab İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətlidir. Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarın qorunub saxlandığını bildiriblər. Davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.
Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.
Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davamlılığı fonunda güclənir.
Hər il Dünya Bankı tərəfindən yayılan "Doing Business” hesabatında Azərbaycan bir neçə pillə irəli gedir.
Ölkəmiz islahatçı
dövlətlər sırasında ön
cərgədə qərarlaşır. "Doing Business 2018” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmudu. "Doing
Business 2019” hesabatında isə
ölkəmiz 10 ən
islahatçı ölkə
sırasında yer almışdı. Bu da, cənab İlham Əliyevin ən islahatçı Prezident olduğunu söyləməyə əsas
verir.
Fransanın "Opinion
Way” şirkətinin bu
ilin aprel ayında keçirdiyi rəy sorğusunda da bildirilirdi ki, dövlətin və cəmiyyətin bütün sahələrini
əhatə edən dəyişikliklərin baş
verdiyi ötən bir il ərzində
Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü
dayaq olub. Dövlət başçısının daxili
və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalq tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Təşkilatın Naxçıvan
Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün
bölgələrində apardığı
sorğularda respondentlərin
85,1 faizi cənab İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət
qiymətləndirdiyini bildiriblər.
Göründüyü kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən
də yüksək qiymətləndirilir.
Bütün bunlar Prezidentin xalqa layiqli xidmət
missiyasının uğurla
reallaşması, verilən
vədlərə sadiqliyin
nümunəsidir. Cənab İlham Əliyev də ictimaiyyət nümayəndələri ilə
görüşlərində verdiyi sözlərə daim əməl etdiyini, xalqdan güc aldığını
söyləyir: "Mən
verdiyim sözlərə
həmişə əməl
etmişəm. Həmişə
bu dəstəyə arxalanmışam, mənə
güc verən Sizin mənə
olan inamınızdır”.
Tarix sübut edib ki, hər bir
xalqın, dövlətin
inkişafında görkəmli
şəxsiyyətlərin, siyasi liderlərin də çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə,
milli maraqların hər şeydən üstün tutulması və qətiyyətlilik həmin liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Məhz buna görə
də tarixi şəxsiyyətlər əsrlərin
və nəsillərin
yaddaşında əbədi
yaşayırlar. Zaman ötdükcə
onların xalqı və vətəni üçün etdiklərinin,
ölkəsinin inkişafındakı
xidmətlərinin əhəmiyyəti
daha çox nəzərə çarpır.
Bu bir həqiqətdir
ki, ölkəmizdə
siyasi sabitlik və innovativ inkişafın, davamlı
iqtisadi yüksəlişin,
nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu
xarici siyasətin, pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin
təşəbbüskarı və təminatçısı
cənab İlham Əliyevdir. 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli
sürətli inkişafı,
uğurları və davamlı yüksəlişi
məhz cənab Prezidentin adı ilə bağlıdır.
Azərbaycan xalqı cənab
İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir,
bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək
qiymətləndirir. Prezident də
ayrı-ayrı beynəlxalq
siyasi dairələrin
və dövlətlərin
diktəsi ilə deyil, məhz Azərbaycan xalqının
milli mənafeyindən
irəli gələn müstəqil siyasət yürüdür.
Xalq hər zaman ölkədəki mövcud
ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını
Prezident İlham Əliyevin fəaliyyətinin
ən uğurlu nəticəsi kimi dəyərləndirir. Göründüyü kimi, siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanan
Prezident atdığı
addımlarla, verdiyi qərarlarla xalqın sevimli liderinə çevrilib. Dövlət başçısının qlobal,
genişmiqyaslı və
çoxşaxəli iqtisadi
siyasəti ölkəmizin
müstəqilliyinin, iqtisadi
tərəqqisinin təmin
edilməsinə yönəlib
və görünən
odur ki, cənab İlham Əliyev Azərbaycana daha böyük zəfərlər qazandıracaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 28 noyabr.- S. 1; 2.