Ukraynanın Ali Radasında
GUAM Parlament Assambleyasının
12-ci sessiyası keçirilib
Noyabrın 27-də Ukraynanın Ali Radasında
GUAM Parlament Assambleyasının
12-ci sessiyası keçirilib.
AZƏRTAC xəbər
verir ki, sessiyanın rəsmi açılış mərasimində
çıxış edən
Ukrayna Ali Radasının
sədri Dmitri Razumkov bildirib ki, Ukrayna
GUAM-a üzv ölkələrin parlamentləri
arasında əməkdaşlığın
daha da dərinləşməsində
maraqlıdır. "Əminəm ki, GUAM bütövlükdə inkişaf
edəcək və
biz bunun üçün
hər cür səy göstərməyə
hazırıq. Qurumu daha
konstruktiv və səmərəli şəkildə
inkişaf etdirməyə
hazır olduğumuzu söyləyirik” deyə D.Razumkov əlavə edib.
Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar qeyd edib
ki, beynəlxalq təşkilatlarda GUAM-a üzv olan ölkələrin
vahid mövqedən çıxış etməsi
çox vacibdir. GUAM+ formatında işlər
daha da intensivləşdirilməlidir.
Milli Məclisin bu qurumdakı nümayəndə
heyətinin rəhbəri,
deputat Azər Kərimli isə çıxışında GUAM ölkələri arasında
əməkdaşlığın inkişafının vacibliyinə
toxunub və əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə
yönəldib. O, bildirib ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal
olunmuş ərazilərindən
dərhal çıxarılmasına
dair BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 4 qətnamə bugünə kimi icra edilmir. Beynəlxalq
aləm münaqişənin
həllinə dair
status-kvonun dəyişdirilməsinə
nail olmaq üçün
Ermənistan hakimiyyətinə
təzyiqləri artırmalıdır.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
və Azərbaycanın
ərazi bütövlüyü
bərpa edilməlidir.
Yalnız Ermənistan ordusunun
Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxarılması və
status-kvonun dəyişdirilməsi
fonunda münaqişənin
həllində hansısa
ümidlər yaranar.
GUAM-ın
Baş katibi Altay Əfəndiyev, Baltiya Assambleyasının prezidenti
Yanis Vutsans çıxış etdikdən
sonra iki qurum arasında
2020-2023-cü illərdə əməkdaşlığın perspektivlərinə dair saziş imzalanıb.
Daha sonra sessiya mövzular
üzrə çıxışlarla
davam edib. Azərbaycanın
GUAM-dakı daimi nümayəndəsi,
ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev,
Milli Məclisin deputatı Əli Məsimli
Azərbaycanın qurumdakı fəaliyyəti, enerji,
nəqliyyat sahələrində həyata keçirdiyi
layihələr barədə çıxış ediblər.
Azərbaycan.- 2019.- 28 noyabr.- S.6.