Böyük Britaniyada erməni təxribatının qarşısı alınıb

 

Böyük Britaniyanın Koventri Universitetində "Study Inn Limited” şirkətinin "Burges House” adlı yataqxana binasının girişindəki dünya ölkələrinin bayraqlarından ibarət böyük stenddə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyənləşdirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin "Study Inn Limited” şirkəti ilə apardığı ardıcıl nəticəsində şirkət qeyd olunan stenddən qondarma separatçı rejimin "bayrağını” çıxarmağa razılıq verib. Şirkət tərəfindən "Burges House” binasının girişindəki stenddən qondarma rejimin "bayrağı” çıxarılıb və stend yenisi ilə əvəz edilib. "Study Inn Limited” şirkəti baş verən anlaşmazlığa görə Azərbaycan tərəfinə üzrxahlığını bildirib.

 

Azərbaycan.- 2019.- 28 noyabr.- S.6.