Azərbaycan-Slovakiya münasibətlərində
yeni mərhələ
başlayır
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 28-də Slovakiya
Respublikasının Xarici
İşlər və
Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, nümayəndə heyətinin
üzvlərini salamlayan
Prezident İlham
ƏLİYEV dedi:
-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox
şadıq. Əminəm ki, səfəriniz çox səmərəli
və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli
əməkdaşlığımızla bağlı məsələləri
əhatə edəcəyik
və həmçinin
ATƏT-in sədri kimi
bizim ənənəvi
gündəliyimiz var. Əminəm
ki, səfər əlaqələrimizin inkişafına
öz töhfəsini
verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni,
çox fəal mərhələyə qədəm
qoyur. Nisbətən bu yaxınlarda
biz burada Baş Nazirlə görüşdük
və tərəfdaşlığımızı
inkişaf etdirməklə
bağlı çox yaxşı söhbətimiz
oldu, fikir mübadiləsi apardıq.
Bizim uğurla əməkdaşlıq
edə biləcəyimiz
çoxsaylı məsələlər
var. Sözsüz ki,
biz yaxşı siyasi əlaqələrə malikik. Lakin biz hələ
də çox aşağı olan ticarət dövriyyəmizin
artması üzərində
diqqəti cəmləşdirməli
və bunu etmək üçün yollar axtarmalıyıq.
Zənnimcə, yollardan
biri biznes dairələrimiz arasında
daha fəal qarşılıqlı əlaqə
ola bilər.
Bəlkə də müəyyən
mərhələdə biz potensialımızı
təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəmizin
aşağı olmasının
səbəblərindən biri
məlumat çatışmazlığıdır.
Bizim daha çox ünsiyyətimiz, potensialla
bağlı daha çox məlumatımız
olsa, əminəm ki, bunun müsbət
təsiri olacaq. Əlbəttə, düşünürəm ki, ölkələri birləşdirən layihələrlə
bağlı məsələlər
maraq kəsb edə bilər. Bildiyiniz kimi, hazırda Azərbaycan nəqliyyat sahəsində körpülərin
yaradılması ilə
fəal məşğul
olur. Biz artıq öz dəmir yolu sistemimizin Gürcüstan və Türkiyə vasitəsilə Avropa və Xəzər hövzəsi ətrafında
olan tərəfdaşlarımızla
birləşdirilməsi sahəsində
çox yaxşı uğur qazanmışıq.
Biz artıq Çindən
və Mərkəzi Asiya ölkələrindən
yükləri qəbul
etməyə, tranzit daşımalara başlamışıq
və onun həcmi artır. Ona görə də düşünürəm ki,
biz yük daşımalarının
artmasına birgə necə töhfə verəcəyimizlə bağlı
nəqliyyat rəsmiləri
arasında məsləhətləşmələrə
başlaya bilərik.
Sözsüz ki, enerji təhlükəsizliyi
avropalı tərəfdaşlarla
əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla
həyata keçirmişik
və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq
artıq Avropa İttifaqının sərhədində
olacaq. Bu, bir sıra ölkələr
və həmçinin
Avropa İttifaqı arasında hərtərəfli
əməkdaşlıq sayəsində
əldə olunmuş
çox nəzərəçarpan
nailiyyətdir. Bildiyiniz kimi,
Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət
Şurasını keçirir.
Biz artıq 5 iclas keçirmişik.
Növbəti iclas gələn
ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı
çox səmərəlidir.
Əlbəttə ki, tərəfdaşlığımızla
əlaqədar bir çox başqa məsələlər də
var. Viza rejiminin liberallaşdırılması sayəsində
indi Slovakiyadan gələnlər Azərbaycana
asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə
səfirlik açırsınız,
çox şad oldum. Bu, çox
müsbət göstəricidir.
Mən, həmçinin öz komandamıza eyni istiqamətdə hərəkətə
başlamaq tapşırığını
vermişəm. Beləliklə, bizim də təqdımatımız
olacaq və bu, əlbəttə ki, əməkdaşlıq
üçün daha çox imkanların tapılmasına kömək
edəcək.
ATƏT məsələlərinə
gəldikdə, sözsüz
ki, münaqişə
regionun böyük problemidir, region üçün
böyük təhlükədir. Əfsuslar
ki, hesab edirəm, bu il əldən
verilmiş fürsətlər
ili olmuşdur. Bunun başvermə səbəbi
isə Ermənistanın
beynəlxalq hüququn
normalarına əməl
etmək, Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası
və ATƏT tərəfindən
qəbul olunmuş qətnamələri icra etmək istəməməsi
ilə bağlıdır.
Bu il ölkə
başçıları səviyyəsində,
həmçinin Xarici
İşlər nazirləri
səviyyəsində danışıqların
bir neçə mərhələsi olmuşdur.
Növbəti görüş tezliklə
sizin ölkənizdə
olacaqdır. Ümid
edirik ki, növbəti il
daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə
həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına
xidmət edir. Lakin bu məsələdə
hər hansı bir irəliləyişə
nail olmaq üçün
yerlərdə praktiki
addımlar atılmalıdır.
Birinci addım Azərbaycanın
beynəlxalq səviyyədə
tanınan sərhədlərinin,
ərazilərinin deokkupasiyasının
başlanılmasıdır. Əlbəttə, biz bir çox
başqa məsələləri
də müzakirə edəcəyik, lakin düşünürəm ki,
başlanğıc üçün
bu qədər yetər.
***
Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav
LAYÇAK dedi:
-Çox sağ olun,
cənab Prezident. Bakıya yenidən gəlmək məndə böyük məmnunluq hissi oyadır. Məni və nümayəndə
heyətimizi qəbul etmək üçün vaxt ayırdığınıza
görə Sizə təşəkkür edirəm.
Böyük sevinc hissi ilə
demək istəyirəm
ki, mənim Bakıda keçirəcəyim
vaxtın ən önəmli hissəsi burada Slovakiya səfirliyinin açılışı
olacaqdır. Bununla biz vədimizi yerinə
yetiririk və ikitərəfli münasibətlərimizdə
yeni mərhələnin
açılışını edirik. Fakt ondan ibarətdir
ki, biz ölkənizin
böyük potensialına
bələdik. Artıq neçə
ildir heç bir şübhəmiz yox idi ki,
burada təmsilçiliyimiz
olmalıdır. Nəhayət, zəruri resursları tapa bildik və
bu gündən etibarən biz rəsmi olaraq burada olacağıq.
Mən bizim ən təcrübəli
səfirlərimizdən biri
olan və adı mənim adıma çox oxşayan Layçakı bura göndərmişəm.
***
Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak Azərbaycanın
regiondakı strateji mövqeyini çox yüksək qiymətləndirdiklərini
bildirdi.
Görüşdə Azərbaycan-Slovakiya hökumətlərarası
birgə əməkdaşlıq
komissiyasının yaradılması,
kənd təsərrüfatı,
əczaçılıq, enerji,
informasiya-kommunikasiya texnologiyaları
və digər sahələrdə əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2019.-29 noyabr.- S.1-2.