İlham Əliyevin islahatlar konsepsiyasına YAP-dan dəstək

 

Parlament xalqdan yeni etimad mandatı alacaq

 

Azərbaycan vətəndaşları yaxın aylarda müstəqillik dövrünün 6-cı parlamentini seçəcək, 125 yeni millət vəkilini müəyyənləşdirəcək. Milli Məclisdə mütləq əksəriyyətə malik olan Yeni Azərbaycan Partiyasının deputat korpusunun təşəbbüsü ilə parlamentin buraxılması növbədənkənar gerçəkləşəcək seçki ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi tələblərlə bağlıdır.

 

Növbədənkənar seçkiləri zəruri edən səbəblər

 

Qanunvericilik tariximizin ilk növbədənkənar parlament seçkisi ilə bağlı təşəbbüsünü YAP rəhbərliyi məhz bu amillərlə izah etdi. Bir vacib məqamı da qeyd edək ki, həm hakim partiyanın sədri olan İlham Əliyevin müəllifliyi ilə son illərdə aparılan islahatlar miqyasına görə olduqca genişdir, həm sistemlidir. Hər sahə üzrə konkret plan, layihə vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib. Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. Xüsusən Konstitusiyaya edilən əlavə dəyişikliklər islahatların hüquqi tənzimlənməsini yeniləşən sistemə uyğunlaşdırılmasını həyata keçirib.

Mövcud maliyyə-iqtisadi duruma adekvat olan qlobal çağırışlara cavab verən yeni islahatlar kursu artıq ilkin uğurlu nəticələrini verib, ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusən qeyri-neft sektorunda əsaslı canlanma yaranıb bu proseslər beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir.

Şübhəsiz, islahatların cəmiyyətin bütün sahələrini əhatə etməsi üçün onun hakimiyyətin bütün qollarına da sirayət etməsi vacibdir. Dövlət hakimiyyətinin üç sütunundan biri olan icraedici hakimiyyətdə son illərdə aparılan müsbət dəyişikliklər bu sistemdə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq müstəqilliyin davamlılıq şərtlərini təmin edən inzibati amilləri gücləndirdi. Dərin sürətli islahatlar dövründən sonra sistem islahatları mərhələsi adı alan bu proses vasitəsilə Prezident yeni hədəflərə daha çevik, modern səmərəli idarəçilik modeli ilə addımlayır.

Bu kontekstdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Vətənə, dövlətə xalqa layiqli xidmət missiyası ilə yeni mərhələyə qədəm qoyan Mehriban Əliyeva ötən dövrdə ona olan ümummilli inamı Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın doğruluğunu təsdiqlədi. İki ildən artıqdır ki, ölkədə sosial sahədəki islahatlar birmənalı olaraq məhz Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə gerçəkləşir. Onun səlahiyyət kurasiyası şübhəsiz ki, yalnız bu sahə ilə məhdudlaşmır. Dövlət quruculuğu prosesinin bütün istiqamətlərində mükəmməl nümunələr yaradan Birinci vitse-prezident ölkə rəhbərinin fəaliyyətinə əvəzsiz töhfələr verir, İlham Əliyevin islahatlar kursunun xalq tərəfindən böyük coşqu ilə dəstəklənməsini təmin edir.

Həmçinin Prezidentin islahatlar konsepsiyasının icrasını həyata keçirən hökumətin iki il öncə yenilənməsi bir ay öncə tərkibinin daha da təkmilləşdirilməsi, eyni zamanda ali rəhbərlikdən yerli icra strukturlarının başçılarınadək aparılan köklü dəyişikliklər bu xüsusda mühüm səciyyə daşıyır. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi isə görünən odur ki, bunlar həm yeni idarəçilik aparatının formalaşmasında İlham Əliyevin əsas etimad meyarı olub.

Prezident yeni inkişaf strategiyasının icrasını öz sahəsində böyük təcrübə qazanmış mütəxəssislərə, eyni zamanda gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib.

 

Yeni parlamentin yeni vəzifələri olacaq?

 

 

İcraedici hakimiyyətdən sonra növbə qanunverici hakimiyyətdədir. Bəs islahatların parlament səviyyəsində davamını şərtləndirən səbəblər hansılardır?

İlham Əliyev çevik idarəçilik metoduna malik rəhbərdir. Yeni iqtisadi-siyasi situasiya ondan islahatları daha geniş miqyasda aparmağı vacib qərarların yalnız icraedici orqan miqyasında deyil, həm qanunverici hakimiyyət səviyyəsində müasir meyarlarla operativ qəbulunu tələb edir. Elə Milli Məclisin əksər deputatları da hesab edir ki, islahatların ümumi ahənginə onların strukturunun da köklənməsinə mühüm zərurət var.

Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur onların əksəriyyəti qarşıdakı on ili əhatə edir. Seçkilərin öncəyə çəkilməsi yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün parlamentin xalqdan yeni etimad mandatı almasına hesablanıb. Nəticə etibarilə, yeni parlament islahatların gedişinin daha da sürətlənməsinə onun qanunvericilik bazasının təkmilləşməsinə rəvac verəcək.

Bir məqamı da vurğulayaq ki, Azərbaycan sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət biri-birini tamamlayıb dövlət quruculuğunun inkişaf vəhdətini təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların intişar tapması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet olmadığı dövlətlərdə əsaslı sosial-iqtisadi nailiyyətlər əldə edilə bilməz. Bu baxımdan demokratik, şəffaf seçki prosesini davamlı olaraq təkmilləşdirən iqtidar növbəti azad ədalətli seçki vasitəsilə sosial-iqtisadi inkişafın dayanıqlılığına təkan verəcək.

Parlament seçkilərinin əsas məğzi vətəndaşların siyasi alternativlər sırasında inam bəslədikləri partiyaların namizədlərinə, eləcə bitərəflərə səs verməsi ən üstün etimadı qazananların qalib elan olunmasıdır. YAP da növbəti seçkilərə böyük əminliklə, zəfərinə birmənalı inamla gedir. Cəmiyyətdə Heydər Əliyev Partiyası kimi tanınan, Prezidentin islahatlar kursunun siyasi istinadgahlarından biri olan hakim təşkilatın onun dəstəklədiyi bitərəflərin qələbəsi həm ictimaiyyətin iqtidara olan münasibətini ifadə edəcək.

Seçki - bir yarışdır. Və bu yarışın son 25 il ərzində qalibləri məhz müstəqilliyin, dövlətçiliyin, inkişafın alternativsiz təminatçısı olan hakim siyasi kursun təmsilçiləridir.

Qarşıdakı parlament seçkilərinin nəticələri də şübhəsiz ki, islahatlar kursuna xalqın möhtəşəm dəstəyinin təntənəsinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevriləcəkdir.

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.-29 noyabr.- S.1; 3.