Heydər Əliyev Fondunun təşəbbüsü
ilə “Sənaye öhdəlikləri: arxeologiya
və mədəni irsə töhfə” mövzusunda
beynəlxalq simpozium təşkil olunub
Noyabrın 28-də Daş Salnamə Muzeyində "Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, "BP Azerbaijan”, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın "Atelier Erich Pummer” şirkətinin təşkilatçılığı ilə keçirilib.
Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsi, eyni zamanda qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi və təbliğidir.
Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov çıxış edərək, Fondun mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, mədəni irs və arxitektur abidələrin qorunması, eyni zamanda arxeoloji araşdırmaların aparılması üzrə izlərə Fond müntəzəm olaraq müvafiq dəstək göstərir.
Tədbirdə çıxış edən "BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Bildirib
ki, şirkətin daxilində mədəni
irsin qorunması planı mövcuddur.
Qeyd edib ki, "BP” şirkəti neft
boruların quraşdırılması zamanı və digər
tikinti işləri apararkən arxeoloji tapıntılarla üzləşir. Ümumilikdə 23 min artefakt
aşkar olunub: "Bu bizim tarixi
irsimizdir, bir növ milli pasportumuzdur. İrsimizi gələcək
nəsillərə ötürmək
hamımızın borcudur.
Çünki tarixi tapıntıların
qiyməti xərclənən
vəsaitdən daha vacibdir”.
"İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
İdarə Heyətinin
sədri Əsgər Ələkbərov bildirib
ki, İçərişəhər
dünya mədəniyyətinin
ayrılmaz bir hissəsidir. Qeyd olunub ki, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və təbliği ölkə başçısının daim
diqqət mərkəzindədir.
Bununla bağlı İçərişəhərdə
ötən əsrin
60-cı illərindən başlayaraq
irimiqyaslı qazıntı
işləri aparılıb
və üç mədəni təbəqənin
mövcudluğu müəyyən
edilib. Bildirib ki, 2016-cı ildə
başlanan qazıntılar
zamanı Qoşa Qala Qapısı yanında XVII əsrə
aid və dövrümüzə
dəyişilməz halda
çatan hamam və Bakı xanlarının evi tapılıb. Qeyd edib
ki, hazırda bu tikililərin restavrasiyası davam etdirilir və işlər başa çatdıqdan sonra ərazi abadlaşdırılaraq
ziyarətçilərin ixtiyarına
veriləcək.
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin sədri Zakir İbrahimov bildirib ki, təmsil
etdiyi şirkət qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi,
tədqiqi, kəşfiyyatı,
idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi
və ondan səmərəli istifadə,
habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Qeyd edib ki, "AzerGold” QSC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq
edir: "Qazıntılar
zamanı təqribən
6 min eksponat aşkarlanıb
və Heydər Əliyev Fondunun dəstəyi ilə müvafiq razılaşmaya
əsasən qəbirlərdən
aşkarlanan sümük
nümunələrinin izotop
və radiokarbon analiz üçün xarici laboratoriyalara göndərilməsi ilə
bağlı işlər
görülür”.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze konfransda iştirakından məmnunluğunu
ifadə edib: "Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir.
Bizim Muzeyin Azərbaycanla əməkdaşlıq etməsi
əlbəttə ki, çox sevindiricidir.
Əsas tərəfdaşımız "BP” şirkətidir, ancaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri
olmasaydı bizim onlarla əməkdaşlığımız
mümkün olmazdı”.
Sonra konfrans işini plenar sessiyalarla davam etdirib. "Azərbaycanda
ixrac boru kəmərlərinin marşrutu
boyu arxeoloji abidələrin araşdırılması”,
"Gürcüstan Milli
Muzeyində həyata keçirilən layihələrin
icmalı”, "Çovdar
nekropolu”, "Ətraf
arxeologiyasının xilas
edilməsi və İçərişəhərdə arxeoloji turizmin inkişaf etdirilməsinə
dair tədqiqat” və digər mövzularda məruzələr
dinlənilib.
Tədbir çərçivəsində,
həmçinin qazıntılar
zamanı aşkarlanmış
maddi-mədəni irs nümunələrindən
ibarət xüsusi ekspozisiyanın açılışı
olub. Sərgi-ekspozisiya 6 ay müddətində Daş Salnamə Muzeyində nümayiş etdiriləcək.
Azərbaycan.- 2019.- 29 noyabr.-
S.5.