Azərbaycan və Türkmənistan arasında saziş imzalandı

 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutanTürkmentel 2019” 12-ci Beynəlxalq Telekom İT Sənayesi sərgisi çərçivəsində Azərbaycan Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan–Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi istifadəsində müştərək fəaliyyətin təşkilihaqqında dövlətlərarası saziş Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə səlahiyyətli səfiri Həsən Zeynalov, Türkmənistan tərəfdən isə Sənaye Kommunikasiyalar NazirliyininTürkmenaraqatnaşık” (“Türkmenaragatnaşyk) Agentliyinin sədri Hacımurad Xudayquliyev tərəfdən imzalanıb.

Sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderiAzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə “Türkmentelekomtelekommunikasiya operatoru tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

AzerTelecom” şirkəti tərəfindən belə bir magis­tral kabel xəttinin çəkilməsi Azərbaycandan keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Magistral xətt Avropa internet mərkəzlərindən internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, PakistanHindistana ötürülməsinə imkan verəcək. Belə bir magistral xətt Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq.

Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra etdiyiAzerbaijan Digital Hub” proqramı çərçivəsində ölkə daxilində və ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edir. Ölkə xaricində infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. Layihə iki istiqamətdən–Azərbaycan–Qazaxıstan və Azərbaycan–Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 380-400 km olan Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic–TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

AzerTelecom  ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olanBakcell” şirkətinin törəmə müəssisəsidir. ­“AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerlixarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

 

Azərbaycan.- 2019.- 29 noyabr.- S.5.