Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının strukturunun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının strukturu”
təsdiq edilsin .
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında
Əsasnamənin layihəsini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin Katibliyi
istisna olmaqla, Administrasiyanın digər
struktur bölmələrinin
ştat cədvəlini
bir ay müddətində
təsdiq etsin;
2.3. bu
Sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 noyabr
2019-cu il.
Azərbaycan.- 2019.- 30 noyabr.-
S. 2.