Ş.A.Mövsümovun Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
İcraçı direktoru vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2019-cu il
Azərbaycan.- 2019.- 30 noyabr.-
S.3.