Ş.A.Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının İqtisadi məsələlər
və innovativ inkişaf
siyasəti şöbəsinin müdiri təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 noyabr
2019-cu il.
Azərbaycan/- 2019.- 30 noyabr.-
S.2.