E.Q.Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət
nəzarəti şöbəsinin müdiri
vəzifəsindən azad edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət
nəzarəti şöbəsinin
müdiri vəzifəsindən
azad edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il.
Azərbaycan.- 2019.- 30 noyabr.-
S.3.