Parlament 2020-ci ilin dövlət büdcəsini qəbul etdi

 

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqındaAzərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuş üçün müzakirəyə çıxarıldı.

 

2020-ci il dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Qeyd etdi ki, gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar komitə iclaslarında ətraflı müzakirə olunmuş deputatlar tərəfindən müsbət qiymətləndirilmişdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ölkənin davamlı keyfiyyətli inkişafına xidmət edir, vətəndaşların sosial məsələlərinin həlli üçün yeni imkanlar açır. 2020-ci ilin dövlət büdcəsi "Büdcə sistemi haqqındaqanunun tələblərinə tamamilə cavab verir.

Qeyd olundu ki, deputatlar tərəfindən irəli sürülən təkliflər Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi tərəfindən səmimiyyətlə qarşılanmış onlara münasibət bildirilmişdir.

Birmənalı şəkildə qeyd edilmişdir ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən irimiqyaslı transmilli layihələrin uğurla həyata keçirilməsinə, eyni zamanda iqtisadiyyatın bütün sahələrində islahatların səmərəliliyinin artırılmasına, genişləndirilməsinə zəmin yaradır.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Parlamentin Əmək sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Sosial təminatı müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Komitə sədri layihədə edilən müəyyən dəyişiklikləri diqqətə çatdırdı. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Daha sonra iclasda büdcə zərfinə daxil olan digər məsələlər - "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqındaqanun layihələri üçüncü oxunuşda qəbul olundu.

Deputatlar "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Sosial müavinətlər haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.

İclasda büdcə zərfinə daxil olan Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında sənədlər təsdiq olundu.

Bununla da dövlət büdcəsi büdcə zərfinə daxil olan məsələlərin üçüncü oxunuşda müzakirəsi başa çatdı. Oqtay Əsədov 2020-ci ildə büdcənin həyata keçirilməsində hökumətə uğurlar arzu etdi.

 

İnsan hüquqları üzrə yeni müvəkkil seçildi

 

Gündəlikdəki növbəti məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında idi. Bu məsələ ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Prezidentinin 15 noyabr 2019-cu il tarixli məktubu ilə İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün namizədlər Milli Məclisə təqdim olunub. Milli Məclisin İnsan hüquqları komitəsi 22 noyabr tarixli iclasında bu məsələyə baxıb rəy verib. Təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınırlar, onların hər biri şəxsi keyfiyyətlərinə görə tərcümeyi-hallarındakı məlumatlara əsasən bu vəzifəni tuta bilərlər. Bildirildi ki, namizədlərdən Səbinə Əliyeva Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini, Kəmalə Əliyeva Ali Məhkəmənin Aparatının İnsan hüquqları ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Kəmalə Abıyeva isə Bakı Apelyasiya Məhkəməsinin hakimidir. "Bu təqdimat onların yaşı, keçdikləri həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur”, -deyə Bahar Muradova bildirdi.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Azər Badamov fikirlərini bildirdilər.

Yekunda səsvermə keçirildi Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə seçildi.

Səbinə Əliyeva Azərbaycanın insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərini şərəflə, ləyaqətlə yerinə yetirəcəyinə, respublikamızın Konstitusiyasına qanunlarına əməl edəcəyinə, müstəqil qərəzsiz fəaliyyət göstərəcəyinə and içdi. İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə seçilməyin onun üçün böyük şərəf olduğunu deyən Səbinə Əliyeva ona yüksək etimad göstərib bu vəzifəyə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Eyni zamanda təklif olunan namizədlər sırasından omdudsman vəzifəsinə onu seçdiklərinə görə, deputatlara təşəkkürünü ifadə edən Səbinə Əliyeva onları əmin etdi ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf proseslərinin dəstəklənməsi üçün səylərini əsirgəməyəcək.

 

Məhkəmə-hüquq islahatlarına xidmət edən dəyişikliklər

 

İclasda məhkəmə-hüquq islahatlarından irəli gələn 9 qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, qanun layihələrinin qəbulu ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfələr verəcək.

Beləliklə, "Məhkəmələr hakimlər haqqında”, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, "İnzibati icraat haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Lisenziyalar icazələr haqqındaqanunlarda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiq olundu.

İclasda son olaraq "Tibbi sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi. Qeyd etdi ki, birinci oxunuşda müzakirələrdən sonra deputatların səsləndirdiyi fikirlər öyrənilmiş onların bir qismi nəzərə alınmışdır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Yekunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri beşinci çağırış Milli Məclisin buraxılması növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilməsi haqqında məsələni müzakirəyə çıxarmaq barədə ona müraciət ediblər. Bu təşəbbüsə dəstək verdiyini deyən Oqtay Əsədov məsələnin Milli Məclisin dekabrın 2-də keçirilən iclasında müzakirəyə çıxarılacağını bildirdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-30 noyabr.- S.1; 3.