Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə təqdim edilmiş Səbinə Yaşar qızı Əliyevanın, Kəmalə Zakir qızı Əliyevanın Kəmalə Nəbi qızı Abıyevanın namizədliklərini müzakirə edərək qərara alır:

Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilsin.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 30 noyabr.- S. 3.