Azərbaycan “Doing Business”də
top-20 islahatçı ölkənin
sırasındadır
Dünya Bankının
“Doing Business 2020” hesabatına görə Azərbaycan ötən il
olduğu kimi bu il də
20 ən islahatçı
ölkə sırasında
yer alıb.
AZƏRTAC bununla
bağlı İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlının
şərhini təqdim
edir.
N.Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan
heç bir ölkə top-20 siyahısına
daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən
çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.
“Doing Business 2020” hesabatında
Azərbaycan 190 ölkənin
arasında 34-cü mövqedə
qərarlaşıb. Belə
ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin
alınması üzrə
59-cu, elektrik təchizatı
şəbəkələrinə qoşulma üzrə
80-ci, əmlakın qeydiyyatı
üzrə 44-cü, kreditlərin
alınması üzrə
birinci, kiçik investorların hüquqlarının
müdafiəsi üzrə
105-ci, vergilərin ödənilməsi
üzrə 40-cı, sərhəddə
ticarət üzrə
83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin
həlli indikatoru üzrə 47-ci yerdədir.
“Doing Business 2020” hesabatında
Azərbaycanın öncül
mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilin mayından bu ilin mayınadək olan dövrdə həyata keçirilən
kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən
non-stop shop modelinə və
reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir”.
“Azərbaycanın
“Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki,
bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın
yüklülüyü haqqında”
Qanuna və Mülki Məcəlləyə
edilən dəyişikliklər
ilə uyğunlaşdırmaların
aparılması öz
töhfəsini verib.
Beləliklə, son dəyişikliklər nəticəsində aparılan
sadələşdirmələr nəticəsində daşınar
əmlakın bir kateqoriyasının ümumi
formada təsvirinin verilməsi, gələcəkdə
əldə ediləcək
əmlakın yüklü
edilməsinə, əsas
öhdəliyin maksimal
ölçüsünün göstərilməsinin mümkünlüyünə
icazə verilir. Azərbaycan kreditlərin əlçatanlığı
göstəricisi üzrə
190 ölkə arasında
birincidir. Əmlakın
qeydiyyatı sahəsində
islahatlar aparmaq üçün “Daşınmaz
əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq
dəyişikliklər edilib.
Bu sahədə aparılan islahatlar nəticəsində əmlak
üzərində mülkiyyət
hüququnu təsdiq edən çıxarış
elektron qaydada verilir. Əmlakını
rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar
1, 3, 7 və 10 iş günündə hazırlanır.
Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri
Məkanının istifadəyə
verilməsi ilə bütün xidmətlər
bir pəncərədən
göstərilir. Kiçik
investorların hüquqlarının
müdafiəsi ilə
əlaqəli olaraq “Mülki Məcəlləyə”
və “Mülki Prosessual Məcəllə”yə
edilən dəyişikliklər
ilə səhmdarların
keçirilən əməliyyatlar
nəticəsində vurulan
zərərə görə
direktoru məsuliyyətə
cəlbetmə, iddiaçının
konkret sənəd göstərilmədən işə
dair bütün sənədləri tələb
edə bilməsi, yaranan fikir ayrılığı
üzrə həll mexanizmi və bu kimi digər
yeniliklər mövcuddur”,
- deyə analitik qeyd edib.
O əlavə edib ki, müqavilələrin
icrası göstəricisi
üzrə isə kompleks biznes islahatları çərçivəsində
ədalət mühakiməsinin
daha da təkmilləşdirilməsi
məqsədilə məhkəmə-hüquq
islahatları aparılıb.
“Mediasiya haqqında”
Qanunun qəbulu ilə inzibatçılıq
qaydaları qəbul edilib, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib
və məhkəmələrə
elektron müraciət
imkanları yaradılıb.
Bundan başqa, məhkəmə-hüquq islahatlarının
icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış
məhkəmələrin yaradılması,
məhkəmə fəaliyyətinin
rəqəmsallaşdırılması, məhkəmə qərarlarının
səmərəliliyinin artırılması,
şikayətlərə dair
məhkəmə prosesi
xidmətlərinin elektron
formada aparılması
istiqamətində qanunvericiliyin
təkmilləşdirilməsi və digər tədbirləri mühüm
yeniliklər olaraq qeyd etmək olar: “Azərbaycanın bu il apardığı
bir sıra islahatların növbəti
“Doing Business” hesabatında nəzərə
alınması proqnozlaşdırılır.
Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması
üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət
qeydiyyatı üzrə
dövlət qurumları
arasında inteqrasiyanın
təmin edilməsi ilə cəmi bir prosedurla 20 dəqiqə ərzində
vahid platformada qeydiyyatın tamamlanması,
elektrik təchizatı
şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi
əsasında cəmi
2 prosedurla 20 gün ərzində qoşulmanın
həyata keçirilməsini
qeyd etmək olar. Bundan başqa,
“Yaşıl dəhliz”
buraxılış sistemindən
daimi istifadə hüququnun əldə edilməsi imkanının
yaradılması, gömrük
bəyannamələrinin doldurulmasının
daha da sadələşdirilməsi,
dövlət satınalmaları
üzrə elektron satınalma portalının
yaradılması, Vergi
Məcəlləsinə bir
sıra dəyişikliklərin
edilməsi və digər yeniliklərin də növbəti “Doing
Business” hesabatında nəzərə
alınacağı gözlənilir”.
“Prezident
İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyinin
irəliləməsi ölkənin
investisiya cəlbediciliyini
artırmaqla, qeyri-neft
sektoruna sərmayə
qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox
sərmayə cəlb etməklə hər nəfərə
düşən sərmayə həcminə görə regionun lider dövlətidir.
Bu ilin ilk
9 ayında da qeyri-neft-qaz
sektorunda əsas kapitala
yönəldilən vəsaitlər 8,9 faiz
artaraq 6,3 milyard
manatı ötüb. Sərmayə cəlbinin
artması həm yeni iş
yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının
yaxşılaşdırılması deməkdir”, - deyə analitik vurğulayıb.
Azərbaycan.-
2019.- 25 oktyabr.- S.5.