Milli Məclis Prezident İlham Əliyevin mütərəqqi siyasətinin dəstəkçisidir

 

Oqtay ƏSƏDOV: "Parlamentin payız sessiyası dövründə bu istiqamətdəki fəaliyyət daha da gücləndiriləcək”

 

Dünən Milli Məclisin 2019-cu il payız sessiyasının ilk iclası keçirildi. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov ötən sessiya dövründə görülən işlərin hesabatını verdi.

2019-cu ilin yaz və növbədənkənar sessiyalarının uğurla başa çatdırıldığını vurğulayan Oqtay Əsədovun sözlərinə görə, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 17 iclasında 214 qanun və qərar qəbul olunub. Azərbaycan bir neçə beynəlxalq təşkilatın üzvü olduğu üçün ali qanunverici orqanın beynəlxalq əlaqələri də inkişaf etdirilibbu qurumlarda parlamentin üzvləri çox fəal iştirak ediblər. 35 ölkəyə 106 səfər baş tutub. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq tədbir keçirilib: "Prezident İlham Əliyevin müəyyən etdiyi mütərəqqi daxilixarici siyasətin dəstəklənməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib və dövlət başçısının siyasətinə hər zaman dəstək verən parlament payız sessiyası dövründə bu istiqamətdəki fəaliyyətini daha da gücləndirəcək”.

Sədr həmçinin qanunvericilik işlər planı barədə də məlumat verdi: "Payız sessiyasının qanunvericilik planı hazırlanıb. Bu sessiyada bir çox mühüm qanun layihələrini, o cümlədən "Dövlət büdcəsi haqqında” qanun layihəsini və büdcə zərfini qəbul edəcəyik. Əminəm ki, payız sessiyası uğurlu olacaq”.

Gündəliyinə müzakirə olunması üçün 20 məsələ daxil edilən iclasda ilk olaraq Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarıldı.

Sonra Oqtay Əsədov bildirdi ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Müraciətlə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edəcək.

Ə.Hüseynlinin sözlərinə görə, Konstitusiyada bu hal 89-cu maddənin 5-ci bəndində nəzərdə tutulub: "Bu məsələ ilə bağlı Milli Məclis hər hansı qərar qəbul etmir. Protokol qaydasında müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinin 175-ci maddəsinə uyğun Mərkəzi Seçki Komissiyası deputatın mandatından məhrum edilməsi barədə qərar qəbul edir”.

Sədr Oqtay Əsədov isə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırdı ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb Mərkəzi Seçki Komissiyasına göndərilsin.

Müzakirələr zamanı deputatlardan Fərəc Quliyev, Vahid Əhmədov, Nəsib Məhəməliyev, Musa Qasımlı, Əli Məsimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Tahir Kərimli və digərləri çıxış edərək vurğuladılar ki, qanunvericilik işlər planı zəngindir və buraya cəmiyyətin sifarişi olan, ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək mühüm sənədlər daxil edilib. Belə ki, işlər planına daxil edilən "Peşə bilikləri haqqında”, "Sosial sifarişlər haqqında”, "Ali təhsil haqqında”, "Yazılı abidələr haqqında”, "Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və digər mühüm sənədlərin müzakirəyə çıxarılması ilk növbədə vətəndaş məmnunluğuna xidmət edir.

Deputatlar müxtəlif qanun layihələri - Rəqabət Məcəlləsi, "Təhsil kreditləri haqqında” qanun layihələrinin qanunvericilik işlər planına daxil edilməsini təklif etdilər. Bildirildi ki, təhsil kreditləri ilə bağlı sənədin qəbulu minlərlə insanın ailə büdcəsinə təsir göstərəcək, həmçinin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək. Sədr Oqtay Əsədov isə bildirdi ki, təhsil kreditləri ilə bağlı hazırlanan sənəd komitələrdə müzakirə olunsa da parlamentə təqdim edilməyib. Spiker deputatları qanun layihəsini parlamentə təqdim etməyə çağırdı.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə Seçki Məcəlləsində dəyişiklik edilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, Prezident seçkilərinə qatılan namizəd üçün tələb olunan sənədlər bələdiyyə seçkilərində iştirak edib üzv seçilmək istəyənlərdən də tələb edilir. Bu, həddindən artıq çox sənəddir və buna görə də məcəllədə dəyişikliyə ehtiyac var.

Çıxışlardan sonra Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiqləndi.

Gündəliyin ikinci məsələsi - "Azərbaycan Respublikası Dövlət gerbi haqqında” Konstitusiya qanununun ləğvi barədə” Konstitusiya Qanunu (ikinci səsvermə) haqqında komitə sədri Əli Hüseynli məlumat verərək bildirdi ki, Dövlət gerbi haqqında yeni qanun qəbul olunduğu üçün bu sənəd ləğv olunur. Sənəd səsverməyə qoyularaq qəbul edildi.

"Texniki tənzimlənmə haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, 4 fəsil 18 maddədən ibarət olan bu sənəd mallar (işlər, xidmətlər), onlarla əlaqəli olan proseslər və istehsal metodları üzrə texniki tənzimlənmənin məqsəd və prinsiplərini, tətbiqi qaydalarını müəyyən edir. Texniki tənzimləmənin məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabətqabiliyyətliyinin artırılmasıdır.

İclasda "Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” qanunlarda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) sənədlər təsdiq edildi. Deputatlar həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) müsbət münasibət bildirdilər.

Gündəlikdəki "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) sənədlər, eləcə də "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) edilən dəyişikliklər "Psixoloji yardım haqqında” qanun layihəsinə uyğunlaşdırmaq məqsədi daşıyır. Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə "Psixoloji yardım haqqında” qanunun tələblərinin pozulmasına, habelə psixoloji yardım almağa məcbur etməyə görə inzibati məsuliyyət müəyyən edir.

İclasda müzakirəyə çıxarılan "Lombardlar haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 6 fəsil 32 maddədən ibarət olan bu sənəd lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması, ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"Yerin təki haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Qaz təchizatı haqqında”, "Tikintiinfrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və "Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verərək qeyd etdi ki, yerin təkindən istifadə, faydalı qazıntıların çıxarılması zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilməlidir. Qanun layihəsi həmçinin yerin təkindən istifadə hüququnun dayandırılması və ləğvinin əsaslarını, bu sahədə sənədlərin rəsmiləşdirilməsi qaydasını, yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsini dəqiqləşdirir. Deputatlar ilk oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə müsbət münasibət bildirdilər.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) edilən dəyişiklik "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun icrası ilə əlaqədardır. Gündəlikdəki "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziyaradio yayımı haqqında”, "İctimai televiziyaradio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatrteatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) də eyni məzmunlu dəyişikliyin edilməsi nəzərdə tutulur. Hər iki sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələblərini pozanların cəzası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) edilən dəyişiklikdə öz əksini tapır. Deputatlar bu sənədə müsbət münasibət bildirdilər.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Sənəddə bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydasının dəqiqləşməsi nəzərdə tutulur. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.). Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olundu.

İclasda həmçinin "Lisenziyalar və icazələr haqqında” (birinci oxunuş), "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) sənədlər də təsdiqləndi.

Gündəliyin sonuncu məsələsi - "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək dedi ki, qanun layihəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə orqanın texniki baxış stansiyalarının maddi-texniki bazasının yüksəldilməsi və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də işçilərin maddi təminatını yaxşılaşdırmaq üçün avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizinin bu qurumun hesabına köçürülməsi üçün hüquqi və maliyyə əsaslarını müəyyən edir. Sənəd səsverməyə qoyularaq qəbul edildibununla da parlamentin payız sessiyasının ilk iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 1 oktyabr.-  S. 1; 2.