Doqquz iqlimin
balı
20-ci sərgi-satış
yarmarkasında Azərbaycanın bütün
bölgələrinin arıçıları öz
məhsullarını təqdim edirlər
Aqrar sektorda həyata keçirilən islahatlar digər ənənəvi sahələrlə yanaşı, arıçılığın inkişafına da təkan verir. Bunun nəticəsidir ki, ildən-ilə ölkədə arı ailələrinin sayı və məhsul istehsalı artır. Belə ki, arıçılıq haqqında qanunun qəbul edilməsindən ötən 9 il ərzində arı ailələrinin sayı 1,9 dəfə çoxalıb. Arıçılıqla məşğul olan təsərrüfatlarda hər təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-ə çatıb, bal istehsalı isə 2,2 dəfə artıb. Bu artım arıçılığın inkişafına verilən dövlət dəstəyinin nəticəsidir.
Sahəni stimullaşdırmaq üçün arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətində hər il 10 manat məbləğində subsidiya verilir. Bununla yanaşı, dövlət büdcəsindən yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün bu sahədə seleksiya və damazlıq işlərinin yaxşılaşdırılması üçün də vəsait ayrılıb.
Digər stimullaşdırıcı amil isə arıçıların yetişdirdikləri məhsulun Bakı şəhərində bal sərgi-satış yarmarkalarının təşkil olunmasıdır. Belə yarmarkalar arıçılara yetişdirdikləri məhsulu daha çox və münasib qiymətə satmağa şərait yaradır. Sözsüz ki, bu da arıçılara yüksək qazanc əldə etməyə imkan verir.
Növbəti 20-ci respublika sərgi-satış yarmarkası Tofiq Bəhramov adına stadionun ərazisində təşkil edilib. Yarmarka sentyabrın 28-dən oktyabrın 18-dək davam edəcək. Bu yarmarka Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan "Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Yarmarkada 123 ton balın satılması nəzərdə tutulub. Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları
tərəfindən yarmarkada
satışa çıxarılan
məhsullardan nümunələr
götürülərək laboratoriya şəraitində
yoxlanılıb. Bütövlükdə
3241 nümunə götürülüb
ki, bunların da 17,34 faizi
keyfiyyət və qida təhlükəsizliyi
göstəricilərinə uyğun hesab edilməyib. Bu səbəbdən
də keyfiyyət və qida təhlükəsizliyi
standartlarına uyğun
olmayan həmin məhsullar satışa buraxılmayıb.
Builki yarmarka innovativ yenilikləri ilə ötənilkilərdən
fərqlənir. Yarmarka ərazisinin zonalara
və sektorlara bölünməsi, arıçıların
yer bölgüsü püşkatma vasitəsilə
müəyyən edilib.
Bu il tətbiq
edilən növbəti
yenilik isə satışına icazə
veriləcək hər
bir məhsulun qablaşmasının üzərində
ştrix-kodun olmasıdır.
Bu kod vasitəsilə
müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən
satışa çıxarıldığını
öyrənə bilərlər.
Bir sıra
kənd təsərrüfatı
məhsulları Azərbaycan
brendi kimi dünya bazarına ixrac edilir. Bu həm gəlir gətirir, həm də ölkəmizi dünya miqyasında tanıdır. Azərbaycan arıçıları
bu sahədə də brend yaratmağı
düşünürlər. Belə ki, "Doqquz iqlim” adlanacaq bu bal məhsulu bütün ölkə ərazisindən toplanan balların qarışığıdır.
Azərbaycan balının ən
böyük müştərisi
qida həssaslığı
ilə seçilən
yaponlardır. Bu sahədə onlardan geri qalmayan almanlar
da Azərbaycan balına maraq göstərirlər. İnanırıq ki, bu yeni
brend balımıza dünya şöhrəti
gətirəcək və
daha çox müştərisi olacaq.
Azərbaycan balı dünyada ən keyfiyyətli bal hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmakın
deyir: "Beynəlxalq
ekspertlərin fikrincə,
ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur. Biz də bu məhsulun daha çox istehsal edilib dünya bazarına çıxarılmasına
dəstək verməyə
çalışırıq”.
Rüstəm
KAMAL
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 4.