“LEYLA. FONS VITAE” poeziya tamaşası maraqla
qarşılanıb
İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.
"LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış ilk tamaşadır.
Fons
Vitae (lat.) - həyat mənbəyi
deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi
olan Toledoda yaşamış Solomon ibn
Qabirolun mesajıdır.
Solomon ərəb dilində
yazıb, daha sonra latın
dilinə "Fons
Vitae” şəklində tərcümə
edib.
İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli
zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar
və poeziyalarında
bənzər dini köklər və fəlsəfə əks olunub.
Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu
rejissoru, Xalq artisti Vaqif Əsədov
deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin
əsərlərində çox
yaxın bağlar var.
Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında
kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü
insanda görmək, onda tapmaq istəyirlər.
Tamaşada Solomon ibn Qabirol
Nəsimi ilə üz-üzə gəlir.
Səhnə əsərində hər iki şairin
5 şeirindən istifadə
edilib. Bu əsərlər bütövlükdə
Nəsimi poeziyasının
ruhuna yaxın, həm də festivala bir töhfədir.
Rejissor deyib ki, Leyla Əliyeva
və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran
ideyadır. Bu ideya
vaxtilə Nəsimini Solomonla bağlayıb.
Əsrlər keçib, bu
ideya yenidən iki söz adamını
birləşdirir. Burada əsas
ideya İnsandır.
Birinci Nəsimi - şeir, incəsənət
və mənəviyyat
Festivalından "Qurban”
immersiv tamaşası
ilə sənətsevərlərə
yaxşı tanış
olan Leyla Bəyim deyib ki, bizim Nəsimi
- şeir, incəsənət
və mənəviyyat
Festivalı çərçivəsində
düşündüyümüz poetik tamaşa ideyası zamanın fövqündə olan şairin tutduğu yolu, onun mənəvi
maariflənmə yolunu
göstərməkdən ibarətdir.
Solomon ibn Qabirolun
poeziyasının ruhu
zaman məfhumu altında Nəsimi poeziyasından gecə səmasında parlayan yeni ulduz, sevgi
ulduzu kimi keçir. Əsrlər ötür, sərhədlər,
dillər dəyişir,
lakin poeziya və mənəviyyat dili eynidir... Bu, bizim Leyla
Əliyeva ilə gələcək dialoqumuzun
rasional toxumudur. Bu dialoq məna
etibarilə özümüzün
əksidir. Bu, öz daxilimizə nüfuz etmək, işığa aparan
"gecə”nin dərinliyinə
dalmaqdır.
Sonra tanınmış
elm və mədəniyyət
xadimlərinin, şeirsevərlərin
iştirakı ilə
"LEYLA. FONS VITAE” poeziya tamaşası
təqdim olunub.
Poeziya tamaşasında
iki şairənin şeirləri dialoq şəklində, dram quruluşu
müşayiəti ilə
söylənilib. İki şairənin poetik
deyişməsi simvolik
olaraq şairlərin lirik qəhrəmanının
mənəvi inkişaf
və maariflənməsi
yolunu əks etdirir.
Tamaşada Fuad Osmanov
Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.
Tamaşa bütün iştirakçılar
tərəfindən maraqla
qarşılanıb.
Tamaşanın iştirakçıları və
festivalın qonaqları
dahi mütəfəkkir
və filosofa həsr edilmiş festivalın təşkilinin
təkcə ölkənin
mədəni həyatı
üçün yox, ümumilikdə bütün
ictimaiyyət üçün
böyük əhəmiyyət
kəsb etdiyini söyləyiblər. "LEYLA. FONS VITAE” poeziya tamaşasının
bənzərsizliyini xüsusi
vurğulayan qonaqlar hər iki şairəni
təbrik edib və onlara ən xoş arzularını çatdırıblar.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 5.