AAF-ın təşkilatçılığı
ilə Gəncədə idman avtomobillərinin
yarışı və şousu keçirilib
Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə "V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, "V1 Challange Gəncə” yarışına "Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar qatılıb.
Tədbirdə tanınmış pilotlar - "Drift GP International” promouteri Neyl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fonteyn, "Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, "Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və "Volkicar” pilotları çıxış ediblər.
Avtoidman həvəskarları üçün "Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar”ların yarışı, "Volkicar” və sportkarla "burnout”, drift şouları təqdim olunub.
Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.
Viktorina başa çatdıqdan sonra "Volkicar” avtomobillərinin yarışı keçirilib.
Avtomobillərin çıxışı Gəncə sakinləri tərəfindən yüksək coşqu ilə qarşılanıb.
Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olublar.
"V1 Challange” yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yeri əldə ediblər.
Sonda qaliblərə
kuboklar təqdim olunub.
İdman avtomobillərinin yarışı
və şousu başa çatdıqdan sonra yerli və
avropalı peşəkar
pilotlar, eləcə də yarışın qalibləri təəssüratlarını
AZƏRTAC-a bölüşüblər.
"Drift
All Stars European Series” yarışlarının
qalibi Martin Riçards:
İlk dəfədir Azərbaycandayam. Çox şadam ki,
bu gün Gəncədəyəm. Bu
şəhərdə ilk dəfə
keçirilən idman
avtomobillərinin yarışına
və şouya böyük həvəs
var. Xüsusən gənclərin
avtoidmana olan həvəsi məni çox sevindirir. Əminəm
ki, bu gündən
sonra ölkənizdə
driftə daha çox maraq yaranacaq.
"Drift
GP International” promouteri Neyl
Qan: İrlandiyadan gəlmişəm. İlk
dəfə ötən
ilin oktyabrında Azərbaycanda olmuşam və gənc pilotlara drift təlimləri
keçmişəm. Son bir
ili müqayisə
etdikdə ölkənizin
avtoidman sahəsindəki
böyük nailiyyətlərini
görmək mümkündür.
Belə ki, ötən il
dərs keçdiyimiz
pilotlar hazırda daha peşəkardırlar.
Həmçinin drift avtomobillərinin
sayı da xeyli artıb. Bugünkü yarışa
böyük maraq var. Avtoidmana bu cür
münasibət peşəkar
pilot kimi məni çox sevindirir. Yüksək
təşkilatçılığa və dəvətə görə minnətdarlığımı
bildirirəm.
Drift üzrə Almaniya çempionu Sebastian Fonteyn: Azərbaycanda
ilk dəfə ötən
il olmuşam.
O zaman mən və yoldaşlarım azərbaycanlı gənc pilotlar üçün
drift təlimlər keçmişdik.
Həmin il
yalnız 4-5 drift avtomobili
vardısa, bu gün onların sayı 15-ə çatıb.
Pilotların peşəkarlığı da yüksəlib. Əminəm
ki, hazırkı pilotlar daha çox
səy göstərərək
özlərinin drift üzrə
bacarıqlarını daha
da təkmilləşdirə
bilərlər. Bununla da
həmin gənclər
yaxın gələcəkdə
Avropada Azərbaycanı
təmsil edə biləcəklər.
Kartinq pilotu Kənan Həsənov: Mənim 17 yaşım var. Buna baxmayaraq
artıq 7 ildir ki, kartinqlə məşğulam. Əvvəllər bu sahə ölkəmizdə
elə də inkişaf etməmişdi.
Demək
olar ki, heç yerdə məktəblər və kurslar yox idi.
Lakin son illərdə Bakı Kartinq Mərkəzində
bu sahə ilə daha ciddi
məşğul olmaq
istəyənlər üçün
hər bir şərait yaradılıb.
Mən özüm də bu mərkəzin tələbəsiyəm. Əsas məqsədim
yeni-yeni nailiyyətlər
qazanmaqla bu idmanın ölkəmizdəki
inkişafına töhfə
verməkdir. Azərbaycan Avtomobil
Federasiyası tərəfindən
Gəncə şəhərində
keçirilən idman
avtomobillərinin yarışı
və şousu məni çox sevindirir. Çünki bu cür yarışların təşkili
mənim kimi gənc pilotlar üçün kartinq təcrübəsini artırmaq
baxımından əhəmiyyətlidir.
Əminəm ki, bugünkü
yarışın paytaxtdan
kənarda - Gəncədə
təşkil edilməsi
gələcəkdə avtoidman
həvəskarlarının sayını artıracaq və mənim kimi gənc pilotların yetişməsinə
şərait yaradacaq.
Birinci yerin qalibi Fərid
Məmmədov: Sevindirici
haldır ki, ilk dəfə Gəncə şəhərində idman
avtomobillərinin yarışı
keçirilir. Bu cür yarışların
keçirilməsi avtomobil
idmanı mədəniyyətinin
yüksəlməsi və
yollarda avtoxuliqanlıq
edənlərin, eləcə
də qəzaların
sayının azalması
üçün əhəmiyyətlidir.
Tamaşaçıların alqışları göstərdi ki, Gəncədə də avtoidmana böyük maraq var. Son dövrədə
azarkeşlər öz
alqışları ilə
mənə böyük
dəstək oldular və mən birinciliyi əldə etdim. Bizim yarışı böyük həyəcanla
sonadək izlədiklərinə
görə driftsevərlərə
minnətdarlığımı bildirirəm.
İkinci
yerin qalibi Azad Hüseynov: Sevdiyim idmanla məşğul olduğuma görə bu cür yarışlara
böyük həvəslə
qatılıram. Bütün yarışlarda
olduğu kimi, bu dəfə də çox həyəcanlı idim.
Bununla belə gəncəli azarkeşlərin
dəstəyini hiss etdim
və ikinci yerin qalibi oldum.
İlk dəfə Gəncədə
keçirilən bu yarış yüksək səviyyədə təşkil
olunub. Belə yarışların yenə də Gəncədə keçirilməsini
arzu edirəm.
Üçüncü yerin qalibi Mətin Orucov: Üçüncülüyü
əldə etdiyimə
görə çox sevinirəm. Güclü rəqiblərim vardı.
Ümidvaram ki, gələcəkdə
Avropada keçirilən
yarışlarda da qalib gələrəm.
Qeyd edək
ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən
Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi
həftəsi də keçirilir. Bu tədbirlər
çərçivəsində "Yollarda təhlükəsiz
davranışı həyat
tərzinə çevirək”
adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil
məktəblərində yol
hərəkəti təhlükəsizliyinə
həsr olunan təlimlər təşkil
ediləcək.
Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə
məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol
nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər
üzrə məlumatlar veriləcək.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 6.