Yazıçı
Əfqanın 90 illik yubileyi
qeyd edilib
Dünən - Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Əfqanın 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər yubilyarın çox zəngin və maraqlı həyat yolundan danışıblar.
Qeyd olunub ki, Əfqan Əsgərov gənc yaşından bədii yaradıcılığa böyük həvəs göstərib, şeirlər yazıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1953-cü ildə universiteti bitirən Əfqan Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri dərc edilib.
Tədbirdə çıxış edənlər
diqqətə çatdırıblar ki,
Əfqan Əsgərov jurnalistlərin bir çoxunun dəyərli məsləhətçisi
olub. Uzun illər
"Kommunist” qəzetində
çalışan, həmin qəzetdə ədəbiyyat
şöbəsinə rəhbərlik edən Əfqan Əsgərov
hər zaman istedadlı qələm
adamlarına yol açıb. O, 1989-cu ildə
"Sovet kəndi” qəzetinin redaktoru olub. 1991-ci ildə
Ali Sovetin orqanı olan "Həyat” qəzetinin baş
redaktoru işləyib. Bu
mətbu orqanlarda fəaliyyəti ilə də
həm istedadlı jurnalist, həm də
bacarıqlı təşkilatçı kimi
rəğbət qazanıb.
Çıxış
edənlər istedadlı yazıçı kimi tanınan
yubilyarın "Gülyanaq”, "Katib”, "Həsrət də
bir vüsaldır”, "Qartal əfsanəsi”, "Dədə
Bəhmən”, "Qozbel”, "Məhəbbət ətirli qərənfilim”,
"Dünya gözəlliyindir”, "O, daş deyildir” və
başqa nəsr əsərlərinin oxucular tərəfindən
maraqla qarşılandığını qeyd ediblər.
Tədbirdə həm də yazıçının yeni işıq üzü görmüş "Şahlar şahı” kitabı təqdim olunub. Çıxış edənlər bildiriblər ki, Əfqanın bu tarixi-əfsanəvi romanında hadisələr 6-cı əsrin ikinci yarısında, indiki Azərbaycan ərazisində cərəyan edir. Bildirilib ki, müəllif əfsanə və rəvayətlərlə reallıq və faktları zərgər incəliyi ilə hörərək yenə ürəyəyatımlı, oxunaqlı bir əsər yaradıb.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 6.