Bakıda Nəsimi
Festivalı davam edir
Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə tanınmış azərbaycanlı cazmen, Əməkdar artist Salman Qəmbərov, serpent (qədim nəfəs musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.
Konsert tamaşaçılara
xoş anlar yaşadıb.
Qeyd edək
ki, Nəsimi – şeir, incəsənət
və mənəviyyat
Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə ikinci dəfədir keçirilir.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 7.